Azərbaycanın aparıcı şirkətlərindən olan Bakcell özünün yeni reklam partnyoru - Art Grup agentliyi ilə müqavilə bağlayıb. Hyatt Hotel-də təşkil edilmiş imzalanma mərasimində Bakcell-in baş direktoru xanım İneke Botter bildirib:“Bakcell brendi ölkədə ən çox tanınan brenddir və beynəlxalq telekommunikasiya sahəsində kifayət qədər təcrübəyə malik Art Grup kimi dinamik bir agentliklə çalışmaq gələcəkdə də Bakcell brendinin tanınması prosesini və şirkətin bazarda mövqeyini gücləndirəcək”.Art Grup-un direktoru Fehmi Özkan isə bildirib:“Biz Bakcell kimi sürətlə inkişaf edən bir şirkətlə çalışacağımıza doğrudan da çox şadıq. Bakcell-in dəyərləri və brendi doğrudan da bu ölkədəki müştərilərin tələblərinə cavab verir”.Azərbaycanın ilk mobil operatoru olan Bakcell 1994-cü ildə yaradılıb. Son 11 ay ərzində Bakcell şəbəkəsini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bu ilin təkcə oktyabr və noyabr aylarında 200 minə yaxın yeni müştəri Bakcell-ə qoşulub və bununla da şirkətin aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell müştəriləri Avropa, Asiya, Şimali və Cənubi Amerikada, Avstraliya və Afrikada rominqdən istifadə edə bilərlər. Dünyanın 153 ölkəsindəki 256 operator ilə Bakcell-in rominq sazişi var. 1986-cı ildə İstanbulda yaradılmış Art Grup agentliyi Türkiyənin 5 ən nüfuzlu reklam şirkətlərindən biridir. Bu agentlik Turkish Airlines və Türkiyənin bank sektorunda lider sayılan Ziraat Bank kimi tanınmış brendlərin strateji kommunikasiya partnyorudur. Hazırda Art Group agentliyi Sony Ericsson, TAV Airports, Sephora, Camper, G-Star, Blomberg və Roche kimi nüfuzlu müştərilərlə çalışır. Son 21 il ərzində Art Grup Procter &Gamble, AEG/Electrolux və Skoda kimi dünyanın digər aparıcı şirkətləri ilə əməkdaşlıq edib. Art Grup Türkiyənin aparıcı mobil operatoru – Turkcell və qida sahəsində çox tanınmış olan Ulker şirkətləri ilə də işbirliyi həyata keçirib.