download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell şirkəti FIFA U-17 Qadınlararası Dünya Çempionatının Milli Sponsoru oldu
    16.02.2012

    Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell böyük məmnuniyyətlə bildirir ki, şirkət ölkəmizdə keçiriləcək FIFA U-17 Qadınlararası Dünya Çempionatını dəstəkləyən ilk Azərbaycan şirkəti olub. 14 fevral 2012-ci il tarixində Sürix şəhərində yerləşən FİFA qərargahında Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirer sertifikatın təhvil verilməsi mərasimində iştirak edib. FIFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-ci ilin sentyabrın 22-dən oktyabrın 13-ə qədər Bakı və Lənkaran şəhərlərində keçiriləcəkdir. Bakcell şirkəti bu yarış üçün yerli səviyyədə mühüm dəstək göstərəcək və FİFA təşkilatına və Yerli Təşkilat Komitəsinə bu tədbirin təbliği və təşkilində kömək edəcəkdir. Sözügedən çempionat "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın bir hissəsidir və əsas məqsədi futbol infrastrukturunun və futbol sahəsində təhsilin inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə yanaşı, əhali arasında sağlam həyat tərzinin təşviq edilməsidir. “FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan xalqı üçün əlamətdar bir hadisədir” deyən Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib: “Futbol bir xalq oyunudur və Bakcell isə xalqın mobil operatorudur. Məhz buna görə də biz bu tədbirdə yaxından iştirak etməyimizə və FIFA U-17 Qadınlararası Dünya Çempionatını dəstəkləyən ölkənin ilk şirkətlərindən biri olmağımıza görə olduqca məmnunuq”. Qonaqları böyük səmimiyyətlə qarşılayan FİFA təşkilatının Strategiya və Brendin İdarə edilməsi şöbəsinin rəhbəri cənab Ralf Ştraus “Biz çox şad olduq ki, Bakcell kimi şirkət bizə öz etibarını və dəstəyini göstərib. Şirkətin Azərbaycan bazarında təcrübəsi və turnirin Ev Sahibi olan ölkədə tədbirin təblığ edilməsi sahəsində səyləri, bu yay inanılmaz bir çempionatın təşkil edilməsinin vacib komponentidir”, deyə qeyd edib. Bakcell inanır ki, Azərbaycanda bu cür nüfuzlu idman tədbirinin keçirilməsi ölkəmizdə digər yüksək səviyyəli beynəlxalq turnirlərin keçirilməsi üçün təkan verəcəkdir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.