download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Stars və Save the Children uşaqlar üçün böyük mərasim keçirib
    21.04.2010

      Bakcell qürür hissi ilə bildirir ki, Azərbaycan cəmiyyətinin məsuliyyətli korporativ vətəndaşı qismində və uşaqların müdafiəsi üzrə özünün korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Save the Children təşkilatının uşaqlar üçün olan layihəsini dəstəkləmək məqsədilə böyük tədbir keçirib. Bakcell-in “Bakcell Stars” adlı KSM proqramı çərçivəsində uşaqlar üçün təşkil olunmuş mərasim Azərbaycan Dövlət Filarmoniyasında keçirilib. Tədbirdə uşaqlar kiçik səhnəciklər göstərmiş və bu səhnəciklərdə “müsbət davranış”ı necə gördüklərini ifadə etmişdilər. Mərasimə qatılan Bakcell şirkətinin baş direktoru xanım İneke Botter uşaqları və qonaqları salamlayıb, “Bakcell Stars” proqramı haqqında məlumat verərək bunları deyib: “Bu şənlik uşaqlar üçün təşkil olunub və biz bu layihənin nəticələrini görmək arzusundayıq. Bu hər kəs üçün rəngarəng və məzmunlu bir tədbir olacaq. Biz həqiqətən də şadıq ki, uşaqlara yönəlmiş layihələri dəstəkləyirik, çünki Bakcell Stars ürəkdən inanır ki, uşaqlar bizim gələcəyimizdir. “Bakcell Stars” -ın fəlsəfəsi  ‘hər uşaq parlaya biləcək bir ulduzdur’ faktına əsaslanıb”. Bakcell Stars Save the Children (Uşaqların Xilası) təşkilatının layihəsinə yardım etmək üçün SMS-kampaniyası həyata keçirəcək. Kampaniya çərçivəsində Bakcell abunəçiləri 1155 qısa nömrəsinə sms göndərməklə  AZN 1 və ya 450 kontur yardım etmiş olacaqlar. Bundan başqa, Bakcell Stars özünün bank hesabını açıb və maliyyə cəhətdən şəffaf və təftişə açıq şəkildə fəaliyyət göstərir. 2009-cu ilin sentyabr ayından başlayaraq Bakcell Stars və Save the Children (Uşaqların Xilası) məktəbli uşaqlar arasında tolerantlıq, məsuliyyətli davranış və müstəqil qərar qəbul etmə ideyalarını təbliğ edirlər. Həmçinin, Bakcell Stars və Save the Children (Uşaqların Xilası) təşkilatının dəstəyi ilə Bakı, Abşeron və Sumqayıt şəhərlərində yerləşən bir neçə məktəbdə kukla tamaşaları təşkil edilib.  “Save the Children” (Uşaqların Xilası) təşkilatı 120-dən artıq ölkədə uşaqların hüqüqlarının qorunması və həyat səviyyələrinin inkişafı ilə məşğul olan dünyanın aparıcı müstəqil təşkilatıdır. “Save the Children” təşkilatı 1993-cü ildən bəri Azərbaycanda 1 millyondan artıq uşaq və onların valideynlərinə müsbət təsir göstərmiş təhsil, səhiyyə və qida, uşaq müdafiəsi, iqtisadi imkanlar və humanitar yardım kimi müxtəlif sahəli proqramlar həyata keçirir. Bakcell Stars proqramı, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.