download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Stars və Save the Children-ın layihəsi
    16.04.2010
    Bakcell Stars və Save the Children-ın layihəsi

    Bakcell fəxr hissi ilə bəyan edir ki, Azərbaycan cəmiyyətinin məsuliyyətli bir üzvü kimi və müştərilərə “Daha yaxın olmaq” fəlsəfəsinə uyğun olaraq, qayğıya ehtiyacı olan uşaqlara yönəlmiş özünün Korporativ Sosial Məsuliyyət proqramını yaradıb və onu “Bakcell Stars” adlandırıb. “Bakcell Stars” Save the Children (Uşaqların Xilası), SOS Uşaq Kəndləri və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatları ilə əməkdaşlıq edir. Bu proqram vasitəsilə bütün səhmdarlar, o cümlədən valideynlər, müəllimlər, QHT üzvləri bu proqrama öz töhvələrini veriblər. Bakcell-ın Save the Children (Uşaqların Xilası) təşkilatı ilə 2010-cu ildə birgə həyata keçirdiyi proqram çərçivəsində, məktəblərdə kukla verilişləri təşkil edilib, onların köməyi ilə uşaqlarda tolerantlıq, müstəqil qərar qəbul etmə və məsuliyyətli davranış keyfiyyətləri aşılanıb. Bugünkü tədbirdən sonra Bakcell öz abunəçilərini başlayacağı yeni SMS-kampaniyada iştirak etməyə dəvət edəcək. Bütün Bakcell abunəçiləri 1155-ə qısa mesaj ilə cavab yazmaqla, Save the Children (Uşaqların Xilası) təşkilatına 1 AZN və ya 450 kontur kömək etmiş olacaq. Bakcell inanır ki, hər uşaq bir ulduzdur! “Save the Children” (Uşaqların Xilası) təşkilatı 120-dən artıq ölkədə uşaqların hüqüqlarının qorunması və həyat səviyyələrinin inkişafı ilə məşğul olan dünyanın aparıcı müstəqil təşkilatıdır. 1993-cü ildən bəri Azərbaycanda 1 milyondan artıq uşaq və onların valideynlərinə müsbət təsir göstərmiş təhsil, səhiyyə və qida, uşaq müdafiəsi, iqtisadi imkanlar və humanitar yardım kimi müxtəlif sahəli proqramlar arasında, ən uğurlu və geniş layihələrindən biri olan “Uşaqların Tolerantlıq Təhsili Proqramı” (UTTP), AR Təhsil Nazirliyi ilə birgə 2005-ci ildən həyata keçirilir. Tolerantlıq, əməkdaşlıq, mərhəmət və sağlam həyat kimi dəyərlərin inkişaf etdirilməsinə yönəldilmiş bu regional layihə kukla tamaşaları vasitəsi ilə Problemlərin və Münaqişələrin Həlli, Danışıqlar, Vasitəçilik, Mədəniyyətlərarası və Səmərəli Ünsiyyət, Faydalı Vətəndaşlıq, Uşaq Hüquqları, Ətraf Mühitə Qayğı, Uşaq iştirakçılığı, Gender və Gender stereotipi, Stiqma və qərəzlilik, Müstəqil qərar qəbul etmə, Barışıqlar, Həyat Bacarıqları və Sağlam həyat tərzi kimi mövzularda ibtidai sinif uşaqlarını tərbiyyələndirir. Layihənin Bakcell tərəfindən maliyyələşdirilən bu mərhələsi, orta məktəb şagirdlərinin iştirakı ilə aktyorlarımızın hazırladığı tamaşaların nümayişindən ibarətdir.