Bakcell qürur hissi ilə bildirir ki, Azərbaycan cəmiyyətinin məsuliyyətli korporativ vətəndaşı qismində və uşaqların müdafiəsi üzrə korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq, SOS Uşaq Kəndləri ilə birlikdə böyük tədbir keçirib. Bakcell-in “Bakcell Stars” adlanan KSM proqramı çərçivəsində uşaqlar üçün təşkil etdiyi mərasim Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş tutub. Tədbirdə SOS Uşaq Kəndlərində yaşayan uşaqlardan ibarət xor və rəqs qrupu Beynəlxalq Sülh Gününə həsr olunmuş “Uşaqlar Sülhə Səsləyir” adlı konsert proqramı ilə çıxış edib.
Tədbirə dəvət alan qonaqları və uşaqları salamlayan Bakcell şirkətinin Baş İcraçı Direktoru xanım İneke Botter bunları söyləyib: “Bakcell Stars ürəkdən inanır ki, hər bir uşaq ulduzdur və onların arzuları reallaşa bilər. Artıq bir ildir ki, Bakcell-in maliyyə dəstəyi ilə “SOS Uşaq Kəndləri”ndə uşaq xor dərnəyi fəaliyyət göstərir və burda uşaqlara nəğmə dərsləri keçirilir. Bir il ərzində bu qrup çox irəliləyib və bu gün bu istedadlı balalar sizin qarşınızda çıxış edəcək. Xorda iştirak etməklə uşaqlar birgə işləmək və öz istedadlarını ifadə etmək bacarığına yiyələnirlər. Həm Bakcell üçün, həm də bir fərd olaraq mənim üçün bu uşaqların böyüdüyünü, onlarda özünə inamın yarandığını və bir-birləri ilə ünsiyyətinin artdığını görmək gözəldir.”
Sentyabrın 21-i, Beynəlxalq Sülh Günündə “Bakcell Stars” “SOS Uşaq Kəndləri”nin layihəsinin genişlənməsinə yardım etmək üçün SMS kampaniyasına başlayacaq. İki həftə davam edəcək kampaniya çərçivəsində Bakcell abunəçiləri 1155 qısa nömrəsinə sms göndərməklə bu layihəyə 1 AZN və ya 450 kontur hədiyyə etmiş olacaqlar. Ayrıca bank hesabı olan “Bakcell Stars” maliyyə cəhətdən şəffaf və təftişə açıq şəkildə fəaliyyət göstərir.
“SOS Uşaq Kəndləri” "SOS Kinderdorf İnternational" humanitar təşkilatının layihəsi kimi Azərbaycanda 2000-ci ilin noyabrından fəaliyyət göstərir. Bakı və Gəncədəki Uşaq Kəndlərində valideyn himayəsindən məhrum 150 uşaq ailə qayğısı ilə əhatə olunub. Şüarı “Hər bir uşağa sevgi dolu bir ev” olan SOS Təşkilatı hesab edir ki, uşağın sağlam və hərtərəfli inkişafı üçün ən gözəl mühit ailədir.
Bakcell Stars proqramı, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.