download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkəti transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlayıb
    24.05.2013
    Bakcell şirkəti  transmissiya şəbəkəsinin modernləşdirilməsinə başlayıb

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, öz abunəçilərini  ən mükəmməl şəbəkə təcrübəsi ilə təmin etmək üçün şəbəkəyə sərmayə yatırmaqda davam edir. Ümumi şəbəkə tutumunun artırılması və Huawei OSN avadanlığından istifadə edərək MPLS-TP texnologiyasına keçidi həyata keçirmək məqsədilə Bakcell, informasiya və kommunikasiya texnologiyaları (İKT) həlləri sahəsində dünyanın aparıcı şirkəti olan Huawei ilə əməkdaşlıq şəraitində transmissiya şəbəkəsinin modernləşdirilməsinə  başlayıb. “2011-ci ildə 3G şəbəkəsinin istifadəyə verilməsi və 2012-ci ilin sonunda 3G baza stansiyalarının sayının 1000-ə çatdırılması ilə Bakcell şəbəkəsindəki data trafik həcmi 8 dəfədən çox artıb.  Bakcell şəbəkəsi klassik TDM/ATM ilə birgə istifadə olunan müasir İP Transport texnogiyasından ibarət hibrid şəbəkədir. Böyük həcmdə 3G İP trafikin emalı, xidmətin ümumi keyfiyyətinin və yüksək tutumun təmin edilməsi üçün şəbəkəmizi modernıəşdirməyə başlamışıq. Bu yeni texnologiyalar Bakcell müştərilərini yüksək keyfiyyətli mobil rabitə və internet sürəti ilə təmin etməklə, Bakcell şəbəkəsini Azərbaycan bazarında ən qabaqcıl şəbəkəyə çevirəcək. Bu, bizim şəbəkə sistemlərimizin LTE və LTE Advanced kimi texnologiyaların tətbiq edilməsi üçün tam hazır  olmasından xəbər verir”, - deyə, Bakcell şirkətinin daş texniki direktoru Yigit Berktaş bildirib.  Bu gün Bakcell şirkətinin transmissiya şəbəkəsinin əsas əhatə (core ring) tutumu 40 Gbps (rayon mərkəzlərində), sərhəd (edge) yönləndiricilərin (inzibati rayon mərkəzlərində) tutumu isə 15 Gbps-ə çatır. Bütün önəmli transmissiya marşrutları 1+1 şassi səviyyəsində qoruma və tam ehtiyat saxlamaya malikdir. 2G və 3G xidmətləri tam təhlükəsiz olaraq hər saniyə APS, MSP, SNCP və s. kimi sınanmış qoruyucu alqoritmlər vasitəsilə vahid nəqliyyat şəbəkəsinə daşınır. Bakcell, 2013-cü ildə  Huawei şirkətinin dəstəyilə  400-ə yaxın yüksək tutumlu hibrid mikrodalğa linklərini quraşdırmaqla transmissiya şəbəkəsini daha da inkişaf etdirəcək. Huawei şirkətinin bu şəbəkə həlli sayəsində Bakcell öz müştərilərini ən mükəmməl şəbəkə və xidmət keyfiyyəti ilə təmin edəcək. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Huawei haqqında Huawei şirkəti dünyanın aparıcı informasiya-kommunikasiya həlləri təchizatçısıdır. Müştərilərin tələblərinə ünvanlanan innovativ həllərimiz və inkişaf etmiş partnyor şəbəkəmiz sayəsində biz telekommunikasiya şəbəkələrini və terminalların quraşdırılmasında böyük nəticələrə nail olmuşuq. Biz operatorlar, şirkətlər və yekun istifadəçilərə rəqəbətədavamlı həllər və xidmətlər təklif etməklə onlar üçün maksimum səmərəli şərtlər yaratmağa çalışırıq. Bizim xidmət və həllərimizdən dünyanın 140 ölkəsində, planetin üçdə bir hissəsi istifadə edir.