download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkəti Xəzər İntellektual Gənclər Klubu ilə əməkdaşlığa başlayıb
    18.12.2014

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti  ölkənin öncül gənclər təşkilatlarından olan Xəzər İntellektual Gənclər Klubu ilə birgə əməkdaşlıq çərçivəsində ƏlfəCIN adlanan intellektual layihəyə start verir.   ƏlfəCIN layihəsinin əsas məqsədləri intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin  asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların  intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır. ƏlfəCIN layihəsində iştirak hamı üçün sərbəstdir. Layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?”, Breyn Rinq, Xəmsə və Fərdi Oyun üzrə yarışlar təşkil ediləcək. 14 dekabr 2014- cü il tarixində Layihə çərçivəsində ilk yarış olan “Nə? Harada? Nə zaman?” oyunu üzrə Qış Kuboku Xəzər İntellektual Gənclər Klubu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatıçılığı və Bakcell-in dəstəyi ilə təşkil olunub. Ölkənin ən güclü 27 komandasının çıxış etdiyi turnirdə 160- dan çox iştirakçı qatılıb. Turnir hərəsində 15 sual olmaqla 5 turdan ibarət olub. Yarış çox maraqlı idman mübarizəsi ilə yadda qaldı. Nəticədə “Strekoza Geyzenberqa” komandası üçüncü, “Leviafan” komandası ikinci, “Vendetta” komandası isə birinci yerə sahib çıxdı.    2015-ci ilin yanvarında baş tutacaq növbəti yarış“Nə? Harada? Nə zaman?” oyunu üzrə Universiada olacaq. Turnirdə Azərbaycanın 16 bölgəsindən 1000 nəfərdən çox tələbənin iştirakı gözlənilir. Layihə çərçivəsində təşkil olunacaq digər turnirlər barədə məlumatlar Bakcell və Xəzər İntellektual Gənclər Klubunun rəsmi web səhifələrində və sosial media hesablarında yerləşdiriləcək. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. *** Xəzər İntellektual Gənclər Klubu Azərbaycan intellektual oyunlar hərəkatının ilk anadilli intellektual klubu olan Xəzər İntellektual Gənclər Klubu barədə məlumat üçün link: http://az.wikipedia.org/wiki/Xəzər_İntellektual_Gənclər_Klubu#Qeyri-h.C3.B6kum.C9.99t_v.C9.99_kommersiya_t.C9.99.C5.9Fkilatlar.C4.B1