Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Microsoft Azərbaycan şirkəti və Yüksək Texnologiyalar Parkı (YTP) Azərbaycanda gənc proqramçı və startapların bacarıqlarının inkişaf etdirilməsi və onların fəaliyyətinə dəstək olmaq üçün birgə fəaliyyətə başlayır.
Applab layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. Layihə çərçivəsində gənc developerlər Bakcell şirkətinin Sahil ofisində yerləşən; internetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş AppLab ofisinidə çalışır və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə edirlər. Bakcell və Qualcomm şirkətlərinin xüsusi ekspert qrupu gənc developerlərə geniş çeşidli yerli bazar tələblərinə cavab verən yeni mobil proqramın pilot variantını tərtib etmək və həyata keçirməkdə dəstək göstərir.
Microsoft şirkəti Applab və Yüksək Texnologiyalar Parkı üzvlərinə özünün BizSpark proqramının geniş imkanlarından istifadə etmək üçün şərait yaradacaq. Applab üzvləri bu qlobal ekosistemə qoşulmaqla şirkət tərəfindən proqramçı və startaplar üçün nəzərdə tutulmuş Microsoft proqram təminatı, bulud mühiti, texniki və biznes sahəsində müxtəlif təlimlərdən pulsuz yararlanmaq imkanı əldə edəcəklər. Layihə iştirakçıları müxtəlif investorlar və məsləhətçilərə çıxış əldə etməkdən əlavə yaratdıqları proqramların beynəlxalq bazara çıxarılması və geniş marketinq imkanlarından yararlana biləcəklər.
Azərbaycanda startapları dəstəkləyən müxtəlif layihələr çərçivəsində Bakcell şirkəti YTP ilə yaxından əməkdaşlıq edib.
Yüksək Texnologiyalar Parkı “Bakcell”lə imzaladığı Anlaşma Memorandumu çərçivəsində fikir mübadiləsi, dəstək və maarifləndirmə sahəsində, Microsoft şirkəti ilə olan Anlaşmaya görə isə Microsoft-un BizSpark Şəbəkə Proqramı, texnoloji tədbir və proqramlar vasitəsilə texnoloji inkişafın sürətləndirməsi üçün nəzərdə tutulmuş məzmun və xidmətlər, Yüksək Texnologiyalar Parkının rezidentləri üçün mövcud Microsoft lisenziyalaşdırma proqramları üzrə müvafiq məlumatların dəstəklənməsi və Yüksək Texnologiyalar Parkının rezidentləri arasında Microsoft-un texnoloji tədbir və proqramlarının təbliği sahəsində qarşılıqlı əməkdaşlığı öz üzərinə götürur.
Microsoft BizSpark proqramının təqdimatını etməklə həm qarşılıqlı əməkdaşlıq çərçivəsində Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən layihələrə, həm də “Applab” üzvlərinə proqramdan geniş istifadə imkanı yaradır. YT Parkın Biznes İnkubasiya Mərkəzində hazırda müxtəlif profilli 38 layihə fəaliyyət göstərir, sözügedən layihələr dövlət dəstəyindən səmərəli istifadə edə və yararlana bilirlər. “PiCampus” Biznes İnkubasiya Mərkəzinə layihələrin qəbulu üçün www.picampus.az saytından qeydiyyatdan keçməklə online müraciət olunmalıdır.
AppLab layihəsində iştirak etmək üçün gənc developerlər sadəcə http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini
[email protected] ünvanına göndərməlidirlər.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.