Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti “Novamedia” MMC-nin dəstəyi ilə “Qazandıran SMS” adlı yeni promo kampaniyaya start verdi.
2013-cü ilin oktyabr ayından etibarən, bütün Bakcell abunəçiləri müxtəlif müsabiqələrdə iştirak edib, böyük məbləğdə pul mükafatlarını qazanmaq şansını əldə edəcəklər.
Kampaniyaya qoşulmuş Bakcell abunəçiləri “Mümkün qədər sürətli ol”, “Gündəlik viktorinalar”, “Tematik günlər”, “Sehirli sözlər” və “Xoşbəxt saatlar” kimi müsabiqələrdə iştirak edə biləcəklər.
Pul mükafatları seçilmiş kateqoriyalar üzrə əldə olunan müvəffəqiyyətlərə görə veriləcək. Mükafatlar gündəlik 25 AZN mükafatından 25 000 AZN məbləğində əsas mükafata qədər fərqlənəcək. Bakcell abunəçiləri suallara cavab verib xal toplamaqla bir-biri ilə yarışacaq. Daha çox xal - daha böyük məbləğdə mükafat deməkdir!
“Qazandıran SMS” müsabiqəsinə qoşulmaq üçün abunəçi “START” yazıb 5500 nömrəsinə SMS göndərməlidir.
Siz həmçinin müxtəlif xidmətlərə (HAVA PROQNOZU, XƏBƏRLƏR, İDMAN,PƏHRİZ, GÖZƏLLİK və s.) abunə olmaqla, bu müsabiqəyə qoşula bilərsiniz. Xidmətə qoşulmaq üçün “QAZAN” yazıb 5500 nömrəsinə SMS göndərin. Abunə xidmətlərinə qoşulduqda ilk həftə PULSUZDUR! Abunəçi həm xidmətdən yararlanır, həm də ki xal qazana bilər.
Xidmətlərin abunə haqqı gündə 0.24 AZN təşkil edir. 5500 nömrəsinə göndərilən hər SMS-in qiyməti 0.59 AZN təşkil edir.
Kampaniya, bonuslar, mükafatlar və s. haqqında daha ətraflı məlumat üçün www.qazandiransms.com səhifəsinə daxil olun.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Sayı 1000-dən artıq olan 3G stansiyaları sayəsində, Bakcell-in 3G xidməti ölkənin bütün bölgələrində təklif olunun, əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. 299 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçiləri ən üstün müştəri təcrübəsi ilə təmin etməkdədir.
Uzun müddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində, Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklyuziv kontenti təqdim etməkdədir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.