Bakcell, müştərilərinə Daha Yaxın olmaq fəlsəfəsinə sadiq qalaraq, Cin abunəçiləri üçün mikro-kredit xidmətini istifadəyə verir. Belə ki, Cin abunəçiləri balanslarında sıfır (0) kontur olduğu halda belə, zəng edə, SMS göndərə və internetdən istifadə edə biləcəklər.Cinkredit xidmətindən 3 ay ərzində toplam 5000 kontur (bonus konturlar da daxil olmaqla) yükləmiş Cin abunəçiləri istifadə edə bilərlər. Cin abunəçiləri sadəcə *150#YES yığmaqla kreditə 300 kontur əldə edə biləcəklər. Xidmətdən istifadənin nəticəsi barədə abunəçinin telefonuna SMS bildiriş göndəriləcək. Cinkreditdən istifadə haqqı 60 konturdur. Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfə artırıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir. Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com-a daxil olun və ya 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.