Azərbaycanın ilk mobil rabitə operatoru olan Bakcell şirkəti “SOS Uşaq Kəndləri”nə 45 000 AZN məbləğində “Böyük çek” təqdim edib. Bu çek SOS Uşaq Kəndlərinin təhsil layihələrinə yardım etmək üçün Bakcell-in keçirdiyi SMS kampaniyası çərçivəsində abunəçilərin və Bakcell-in tərəfdaş təşkilatlarının ianələrindən toplanan vəsaiti təmsil edir.2009-cu ilin iyul ayında Bakcell şirkəti “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində “SOS Uşaq Kəndləri” ilə müqavilə imzalayıb. Bu müqaviləyə əsasən uşaqların istedad və potensialını inkişaf etdirmək üçün xor dərnəyi yaradılıb və uşaqlar peşakar müəllim tərəfindən nəğmə dərsləri alıblar. Sentyabrın 20-də “Bakcell Stars” uşaq xorunun çıxışi ilə möhtəşəm bir tədbir təşkil edib. Tədbirdən sonra Bakcell öz abunəçiləri arasında “SOS Uşaq Kəndləri”nin layihəsini dəstəkləmək üçün SMS kampaniyası keçirib. Bakcell abunəçiləri 1155 qısa nömrəsinə SMS göndərərək kampaniyaya 450 kontur və ya 1 AZN məbləğində yardım ediblər.“Böyük çek” 257 nömrəli məktəbdə keçirilən təqdimat mərasimində “SOS Uşaq Kəndləri”nin Azərbaycan üzrə Milli Direktoru xanım Gülarə Hümbətovaya təqdim olunub. Mərasimdə çıxış edən Xanım İneke Botter bunları deyib: ” “Bakcell Stars” böyük məmnunluq hissi ilə bildirir ki, 45 000 manat Bakcell abunəçiləri və tərəfdaş təşkilatların yardımı sayəsində SOS Uşaq Kəndlərinə bağışlanır. Bu dəstək uşaqların həyatının dəyişməsinə birbaşa təsir göstərəcək.”Öz növbəsində, “SOS Uşaq Kəndləri”nin Azərbaycan üzrə Milli Direktoru xanım Gülarə Hümbətova uşaqlara yardım göstərən Bakcell abunəçilərinə və tərəfdaş təşkilatlara dərin minnətdarlığını bildirib.“SOS Uşaq Kəndləri” Azərbaycanda 2000-ci ilin noyabrından fəaliyyət göstərir. Bakı və Gəncədəki Uşaq Kəndlərində valideyn himayəsindən məhrum 150 uşaq ailə qayğısı ilə əhatə olunub. Şüarı “Hər bir uşağa sevgi dolu bir ev” olan SOS Təşkilatı hesab edir ki, uşağın sağlam və hərtərəfli inkişafı üçün ən gözəl mühit ailədir.“Bakcell Stars” proqramı və Bakcell-in digər məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.