download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell abunəçiləri 2 gün pulsuz danışacaqlar
    02.02.2015

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti CIN abunəçilərinə pulsuz danışmaq imkanı qazandırır. Pulsuz 2 gün kampaniyası çərçivəsində balansını bir dəfəyə minimum 5 AZN məbləğində və daha artıq artıran CIN abunəçiləri növbəti gündən etibarən iki gün ərzində (saat 00:00-dan 18:00-dək) şəbəkədaxili pulsuz danışa biləcəklər. 2 günlük pulsuz danışıq müddəti ayda bir dəfə təqdim olunur. Bakcell abunəçiləri nömrələrinin balansını vahid ödəmə kartları ilə yanaşı onlayn ödəmə, ATM, E Top-up xidməti, ödəmə köşkləri, bank filialları kimi alternativ ödəmə üsulları vasitəsilə artıra bilərlər. Kampaniya haqqında əlavə məlumat almaq üçün 5070 nömrəsinə boş SMS (pulsuz) yollayın və yaxud bu linkdən istifadə edin:  http://www.bakcell.com/az/2-days-for-free *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.