undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Əməliyyat uğurla başa çatdı
İnnovasiya və sürət lideri "Bakcell" media nümayəndələrinə “Süni
intellektin iş mühitində tətbiqi" mövzusunda növbəti təlim təşkil edib.
Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü çərçivəsində keçirilən
tədbirdə 50-dən çox
media nümayəndəsi iştirak edib.
Təlimin
əsas məqsədi jurnalistləri süni intellekt sahəsində ən son trendlər ilə tanış
etmək, dəyişən dünyada innovasiya və son dövr yeniliklərin mediada tətbiqi ilə
bağlı praktik tövsiyələr vermək olub. Təlim zamanı süni intellektin telekommunikasiyada
rolu və “Bakcell”in süni intellekt əsaslı məhsul və xidmətləri ilə bağlı ətraflı
məlumat verilib. Tədbir çərçivəsində iştirakçılar süni intellektin kommunikasiya sahəsində istifadəsinə dair əhatəli
biliklər qazanıblar.
Bu təşəbbüs “Bakcell”in innovasiya və süni intellekt strategiyası çərçivəsində
rəqəmsal həllərin cəmiyyət üçün faydaya çevrilməsi istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların növbəti nümunəsidir.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.