Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı İnternet Provayederi Bakcell şirkəti Avropa Azərbaycan Cəmiyyətinin Londonda (AAC) təşkil etdiyi illik Biznes Forumunun sponsorlarından biri olub. Azərbaycan, Türkiyə və bir sıra Avropa ölkələrindən 250 nəfərdən artıq nümayəndənin iştirak etdiyi «Azərbaycan və Türkiyə: müxtəlif investisiya imkanları» mövzusundaki forumda müxtəlif biznes sektorları, xüsusilə enerji, maliyyə layihələri və bank investisiyaları, İKT sahəsi, kənd təsərrüfatı və s. ilə bağlı müzakirələr aparılıb. Bakcell-in AAC Biznes Forumunda iştirakının vacibliyini vurğulan şirkətin baş icraçı direktoru Riçard Şirer bildirib: “Telekommunikasiya sənayesi qlobal biznesdir. Bakcell kimi böyük şirkətlərinin formalaşdırdığı qlobal telekommunikasiya məkanına bir çox ölkələrin şirkətləri daxildir. AAC Biznes Forumu kimi tədbirlər digər ölklərin şirkətləri ilə tərəfdaşlıq qurmaq üçün əlverişli bir platformadır. Bakcell, proqram təminatı və avadanlıqlarla təchiz olunma sahəsində bir sıra əcnəbi təchizatçılarla sıx geniş əməkdaşlıq edir. akcell Azərbaycanın ən iri şirkətlərindən biridir və hər il davamlı olaraq öz şəbəkəsinə və xidmətlərinə mühüm sərmayələr yatırır. Şirkətimizin profilini genişləndirmək üçün maliyyə, texnologiya və xidmət sahəsində fəaliyyət göstərən tərəfdaşlarla fəal işgüzar əlaqələri genişləndiririk və buna görə də bu cür nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etmək bizim üçün olduqca əhəmiyyətlidir”. Cənab Şirer həmçinin Forumda İKT sahəsinin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorununda mövqeyi, telekommunikasiya sektorunun investisiya üçün ən böyük potensiala malik olan seqmentlərinə dair təqdimatla çıxış edib. Avropa Azərbaycan Cəmiyyətinin sədri və təsisçisi Tale Heydərovun sözlərinə görə, bu ilki Biznes Forum 2011-ci ildə keçirilmiş forumdan fərqli idi, çünki həm Azərbaycanı, həm Türkiyəni əhatə edirdi: “Bizim fikrimizcə regionda baş tutan bütün iqtisadi layihələr avtomatik olaraq hər iki ölkəni birləşdirir. Buna səbəb təkcə Azərbaycan və Türkiyə kimi qardaş ölkələr arasında mədəni əlaqələrin mövcud olması deyil, eyni zamanda bizim ölkələrimizin coğrafi mövqeyidir. Azərbaycan iqtisadiyyatın ən sürətlə inkişaf etdiyi ölkələrdən biridir. Ölkənin inkişafı ciddi şəkildə neft və qaz sənayesi ilə bağlıdır və neft və qaz ehtiyatların böyük hissəsi Türkiyə vasitəsilə Avropa bazarına çıxarılacaq”. 2012-ci ildə Bakcell şirkəti bir neçə beynəlxalq tədbirə tərəfdaşlıq edib. Şirkət bu yaxınlarda Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilmiş 15-ci Avrasiya İqtisadi Zirvə Forumunun sponsorlarından biri olub. Tədbirdə Avrasiya regionunun hökumət, özəl və qeyri hökümət sektorlarının nümayəndələri iştirak ediblər. ***Bakcell haqqındaAzərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.AAC haqqındaAvropa Azərbaycan Cəmiyyəti 2008-ci ilin noyabr ayında fəaliyyətə başlayıb və 2004-cü ildə London Azərbaycan Cəmiyyəti kimi təsis edilib. Yüzlərlə üzvü olan AAC təşkilatı Azərbaycanın unikal, zəngin və çoxşaxəli mədəniyyətini təbliğ etmək üçün müntəzəm olaraq Avropa ölkələrində Azərbaycanla bağlı tədbirlər təşkil edir. AAC həmçinin şəbəkələşmə mərkəzi qismidə fəaliyyət göstərərək, biznesin inkişaf etdirilməsi, diplomatik əlaqələr, mədəniyyət və təhsil sahələrinə xüsusi diqqət yetirir və Avropa və Azərbaycan arasında anlaşma və əməkdaşlığı təbliğ edir.