download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell innovasiya və startap ekosistemini dəstəklədi
    07.07.2023

    Bakcell yüzlərlə yerli və xarici investorun iştirakı ilə həyata keçirilən Baku ID`23 (Bakı İnvestisiya Günü) tədbirinin sürət partnyoru oldu. Baku ID'23-də iştirak edən yüzlərlə yerli və xarici investor startaplar üzrə dünya təcrübəsini paylaşmağa, müzakirə panellərində iştirak etməyə və investisiya cəlb etməyə fürsət əldə etdilər.

    Regionun ən yaxşı startap layihələrinin təqdim edilməsində dəstək olan Bakcell, çıxışlarda da öz töhfəsini verdi. Tədbirdə Bakcell şirkətinin Marketing rəhbəri Elçin Gülməmmədov “İnfrastruktur və texnologiyanın kəsişməsi: Ağıllı və bir-biri ilə əlaqəli cəmiyyətlərin qurulması” mövzusunda keçirilən paneldə çıxış edib.

    Xatırladaq ki, ölkədə “Bakcell ilə ən sürətli ol” şüarı altında genişmiqyaslı kampaniya həyata keçirən Bakcell “NEQSOL Holding”in tərkibinə daxildir.