Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə bildirir ki, 2010-cu ilin mart ayında başlanılmış və Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ilə birgə həyata keçirilən, fiziki qüsurlu uşaqların sosial ünsiyyət bacarıqlarının artırılması layihəsinin yeni üçüncü mərhələsinə start verilib. Bu, Bakcell-in UAFA ilə birgə son 2 il ərzində həyata keçiridiyi etdiyi uğurlu layihələrin davamıdır.
Fiziki qüsurlu yeniyetmələrin sosial şəbəkələrdən istifadə etmək imkanı olduqca məhduddur, onlar cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayır, bir çox hallarda təhsil almaq imkanları çox məhdud olur. Azərbaycanda kommunikasiya texnologiyalarının inkişafı ilə bü cür insanların texnologiylardan istifadə etmək, öyrənmək və işə qəbul olunmaq imkanları da artır.
Bu layihə çərçivəsində ən azı, 15 nəfər fiziki qüsurlu gənc üçün kompüter kursları təşkil olunacaq, onların kompüter və internetdən istifadə bacarıqlarının formalaşmasına dəstək göstəriləcək. Ayrıseçkiliyin aradan qaldırılması yalnız QHT-lər və fiziki qüsurlu insanların birgə təşəbbüsləri sayəsində mümküdür. Kommunikasiya texnologiyalarından istifadə edən uşaqlar cəmiyyətdə daha aktiv rol oynamaq imkanı qazanırlar.
Son iki il ərzində UAFA-nın Yasamal, Xaçmaz və Gəncədəki İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzləri vasitəsilə məktəbə getmə və iş tapma çətinliyi ilə üzləşən fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək göstərilir.
UAFA-nın yerli mərkəzləri tərəfindən uşaqlar üçün təşkil olunan tədbirlər onların ehtiyac və maraqlarına əsaslanır. Bu tədbirlərə teatr, rəqs, rəssamlıq, foto kursları daxildir. Layihənin ilk ilində Yasamal, Xaçmaz və Gəncədəki reabilitasiya mərkəzlərində 171, ikinci ilində isə 185 nəfər fikizi qüsurlu uşaq bu kurslara qatılıb.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.