download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Azərbaycanda gənclərin mobil sahibkarlığını dəstəkləyir
    13.12.2011

    Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti 13-16 dekabr, 2011-ci il tarixlərində keçirilən “Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” adlı beynəlxalq konfransın rəsmi tərəfdaşıdır. Konfransın əsas məqsədi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq, Azərbaycanda gənc sahibkarları dəstəkləmək məqsədilə gənc biznes inkubatorların yaradılması üzrə beynəlxalq təcrübəni bölüşməkdir. Mobile Monday (MoMo) Bakı layihəsinin bir hissəsi olan konfrans Bakcell və Alcatel-Lucent şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Xəzər İnvestisiya Mərkəzi (XİM) tərəfindən təşkil edilir.  “Bakcell şirkəti Azərbaycanda mobil sosial şəbəkələrin, eyni zamanda gənclərin məşğulluğunun və sahibkarlığının inkişafında maraqlıdır. Junior Achievement Azerbaijan və Alcatel-Lucent şirkəti ilə birgə bizim gənc tələbələrə telekommunikasiya sahəsində praktik bacarıqların əldə edilməsində dəstək göstərilməsi sahəsində böyük təcrübəmiz var. “Mobil Telekommunikasiya Biznesinə Giriş” adlanan birgə proqram çərçivəsində 150 nəfərdən çox  tələbə Bakcell və Alcatel-Lucent şirkətlərində ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə işə hazırlıq və biznes etikası bacarıqlarına yiyələnmək imkanı qazanıb”, deyə  Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib. Konfransda MoMo-nun Almaniya, Polşa, Bolqarıstan, Rumıniya, Çernoqoriya, Ukrayna, Belarus və digər ölkələrdən olan nümayəndələri də iştirak edirlər. Konfrans həmçinin Dünya Bankının InfoDev layihəsi, ECAbit (Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsi) və Mobile Monday Beynəlxalq Şəbəkəsi tərəfindən dəstəklənir.  “Gənclər üçün biznes inkubatorlara həsr olunmuş bu konfrans beynəlxalq təcrübəni öyrənmək üçün Azərbaycan gənclərinə gözəl bir imkan yaradır. Bu təcrübə onlara yerli, regional və qlobal səviyyədə uğur əldə etməyə kömək edəcək. Azərbaycan növbəti dəfə beynəlxalq diqqəti özünə çəkib və mən böyük səbirsizliklə istedadlı gənclərlə görüşməyimi və onların uğurlarını dəstəkləməyimizi gözləyirəm”, Qlobal Mobile Monday Şəbəkəsinin Baş direktoru və Prezidenti cənab Yari Tammisto bildirib. Konfrans çərçivəsində həmçinin ilk MoMO Bakı görüşü təşkil olunacaq. Görüşdə yerli İKT şirkətlərinin nümayəndələri, gənc developerlər və bloqqerlər, müxtəlif ölkələrdən MoMo nümayəndələri də iştirak edəcək.  Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.                                                                                    ### Finlandiyanın Henlsinki şəhərində 2000-ci ildə yaradılmış MobileMonday (MoMo) şəbəkəsi mobil rabitə sənayesinin əsas təmsilçiləri, bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər səlahiyyətli insanlar arasında əməkdaşlıq və biznes imkanları yaradan açıq cəmiyyət platformasıdır. Bakı dünya üzrə Mobile Monday şəbəkəsinə qoşulmuş 123-cü şəhərdir. Azərbaycanda MoMo-nun əsas vəzifəsi yerli və dünya mobil bazarındakı ən son texnologiyaların köməyi ilə ölkənin  mobil sektorunda innovasiyaların tətbiq edilməsini və müasir texnologiyalar vasitəsilə yeni layihələrin həyata keçirilməsini təşviq etməkdir. Hər ayın bir bazar ertəsi günü mobil operatorların nümayəndələri, İKT şirkətləri və mobil texnologiyalar üzrə gənc mütəxəssislər qeyri-rəsmi şəraitdə bir araya gələrək, mobil bazardakı ən qabaqcıl trendlər, tədqiqatlar və inkişaf proqnozları ətrafında fikir mübadiləsi aparacaq və ən son mobil texnologiyalardan istifadə etməklə yeni layihələrin yaradılması imkanlarını araşdıracaqlar.