download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell şirkəti Azərbaycanda iqtisadi və biznes təhsili sahəsində yaradılmış dövlət və özəl sektorun birgə təşəbbüsündə iştirak edir
    31.03.2011

    Azərbaycanda 2011-2013-cü illər ərzində orta və ali məktəblərdə iqtisadi və biznes təhsilinə yardım etmək məqsədilə dövlət və özəl sektorlarının birgə partnyorluq layihəsi həyata keçirilir. Koalisiyanı təşkil edən əsas dəstəkləyici şirkətlər Bakcell Ltd., Statoil Abşeron, Chevron Xəzər və Qaradağ Sement ASC-dir. Paşa Bank, Saipem Azərbaycan, ABŞ Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi, Nobel Oil, Baker & McKenzie MDB və PWC Azərbaycan şirkətləri isə layihənin tərəfdaşlarıdır. Partnyorluq layihəsi Junior Achievement Azərbaycan (JAA) təşkilatı tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilir.Üç il davam edəcək proqram çərçivəsində JAA ölkə üzrə 260 məktəbdə fəaliyyət göstərərək, 300 iqtisadiyyat müəlliminə təlim vasitəsilə 10490 məktəblinin tətbiqi iqtisadiyyatı öyrənməsinə imkan yaradacaq. 1017 məktəbli və tələbə işə hazırlıq təlimləri, iqtisadi yarışlar və praktiki təcrübədə iştirak etməklə gələcək karyera üçün zəruri bilik və bacarıqlar əldə edəcək. JAA həmçinin maliyyə savadı üzrə təlimlər və interaktiv yarışlar vasitəsilə 180 tələbəyə şəxsi maliyyə və bankçılığın əsaslarını tədris edəcək. Proqram çərçivəsində 225 orta məktəb şagirdi biznes şirkətlərini təmsil edən könüllülər vasitəsilə məktəb səviyyəsində biznes strukturlarını yaradıb idarə etməklə sahibkarlığın əsaslarını tədqiq edəcək. Biznes etika təlimləri və məsuliyyətli biznes üzrə yarışlarda iştirak etməklə 900 məktəbli etik qərar qəbul etmə qabiliyyətini inkişaf etdirəcək. Hər tədris ilinin sonunda 2605 məktəbli işgüzar etika, işə hazırlıq qabiliyyəti, maliyyə savadı və sahibkarlıq üzrə aparılan sorğularda və qiymətləndirmələrdə iştirak edəcək. Nəticədə, proqram tələbə və müəllimlərin iqtisadiyyat və biznes üzrə təlimi vasitəsilə Azərbaycanda biznes sahəsində kadrların inkişafına yardım edəcək.Junior Achievement Azərbaycan təşkilatı gənclərin biznes təhsili sahəsində dünyanın ən iri təşkilatlarından biri olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. JA dünyanın 110-dan çox ölkəsində fəaliyyət göstərir və hər il öz proqramlarına 9 milyon tələbəni cəlb edir. Ümumdünya təcrübəsindən istifadə edərək, JAA təşkilatının “Azərbaycan Məktəblərində İqtisadiyyatın və Biznesin Tədrisi Proqramı” orta məktəb şagirdlərinə və tələbələrə iqtisadiyyatın və biznesin əsasları üzrə nəzəri və praktiki bilikləri tədris edərək, onların işə hazırlıq, maliyyə savadı və sahibkarlıq qabiliyyətlərini inkişaf etdirəcək. Proqramın bütün materialları biznes dairələrinin nümayəndələri ilə birgə tərtib edilib və iştirakçılara biznes məsələlərinin praktiki həllərini təqdim edir.Proqram haqqında ətraflı məlumatı www.jaazerbaijan.org saytından əldə etmək olar. Bakcell-in məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.