Bakcell
    Bakcell
    Loading...
    Xəta

    Xəta

    Bakcell abunəçilərinin nəzərinə
    02.03.2023

    Bakcell şirkəti öz abunəçilərin nəzərinə çatdırır ki, 13 mart 2023-cü il tarixindən etibarən bir neçə təklifin istifadə şərtləri dəyişdirilir:

    • “DoğmaCIN” və “YeniDoğma” tariflərində, tarifin əhatə dairəsindən çıxdıqda, şəbəkədaxili zənglərin 1 dəqiqəsi 0.08 AZN, şəbəkəxarici zənglərin 1 dəqiqəsi 0.14 AZN, şəbəkəxarici zənglərin tarifikasiya müddəti isə 60 saniyə təşkil edəcək;
    • “DaimOnline” tariflərində ölkədaxili zənglərin 1 dəqiqəsinin qiyməti 0.09 AZN təşkil edəcək;
    • “CIN 1” tarifində həftəlik abunə haqqı ödənmədikdə, tarifin əhatə dairəsindən çıxdıqda, şəbəkəxarici zənglərin 1 dəqiqəsinin qiyməti 0.14 AZN, tarifikasiya müddəti isə 60 saniyə təşkil edəcək.