Nokia Siemens Networks xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin artırılması məqsədilə EDGE texnologiyasının tətbiq edilməsi üçün GSM şəbəkəsinin genişləndirilməsini və yenilənməsini təmin edəcək.Azərbaycanın ikinci iri mobil operatoru olan Bakcell bütün ölkə üzrə istifadəçilərin artan tələbatlarının təmin edilməsi üçün öz 2G şəbəkəsini genişləndirir. Yeni mobil məlumat ötürmə xidmətlərinə artan tələbata cavab olan Nokia Siemens Networks tərəfindən həyata keçirilən EDGE texnologiyasına keçid şəbəkənin əhatəsinin genişlənməsinə və Bakcell abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına gətirib çıxaracaq.Bağlanmış müqaviləyə əsasən, Nokia Siemens Networks Bakcell şəbəkəsində öz Flexi EDGE Baza Stansiyaları Patformasını (Flexi EDGE Base Station Platform) tətbiq etməklə, Bakcell şirkətinin radio və baza şəbəkəsinin tam genişləndirilməsini təmin edəcəkdir. Flexi modul konsepsiyası Bakcell-ə baza stansiyalarının konfiqurasiyasında yüngül dəyişikliklər etmək və enerji sərfiyyatına qənaət edilməsi sayəsində əməliyyat məsrəflərini azaltmaq imkanı verəcəkdir.Bakcell-in Baş Direktoru İneke Botterin qeyd etdiyinə görə: “Bizim məqsədimiz – Bakıda və regionlarda öz abunəçilərimizi yeni texnologiyalarla və daha yaxşı əhatə dairəsi ilə təmin etməkdir və biz əminik ki, Nokia Siemens-in yeni texnologiyaları sayəsində Bakcell öz abunəçiləri üçün yeni məlumat ötürmə xidmətləri işləyib hazırlayacaq. Texnologiya ətraf mühit üçün əlverişlidir və Bakcell-ə öz abunəçilərinə video, internet və audio xidmətlərini özündə birləşdirən müxtəlif yeni mobil xidmətlərin göstərilməsinin çevikliyini təmin etmək imkanı verir. Bu, hətta ADSL ilə müqayisə olunacaq sürətlə səs və məlumat ötürmə xidmətlərindən eyni zamanda istifadə etmək imkanı verəcəkdir”.“Biz çox məmnunuq ki, Bakcell Azərbaycanın bir çox regionlarında şəbəkənin genişləndirilməsi üzrə bu mühüm vəzifənin yerinə yetirilməsi üçün məhz bizi seçmişdir. Öz qabaqcıl məhsulumuzla biz Bakcell abunəçilərinə göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəltmək və məlumat ötürmə xidmətlərinə qarşı sürətlə artan tələbatı təmin etmək üçün şəbəkəni hazırlamaq imkanına malik olacağıq. Bundan əvvəl iki şirkət 2006-cı ildə Bakı ərazisində birgə iş aparmışlar – indi isə biz bu genişləndirməni həyata keçirməklə, bütün Azərbaycanda da eyni dəstəyi təmin etmək niyyətindəyik”, - Azərbaycanda Nokia Siemens Networks şirkətinin rəhbəri Valter Lemor (Walter Lemor) qeyd etmişdir.Bakcell tərəfindən seçilmiş pilot baza stansiyası Flexi öz ölçülərinə görə olduqca kiçikdir, modul tiplidir və asan quraşdırılır və bu, şəbəkənin daha operativ genişləndirilməsinə imkan verir. O, həmçinin digər operatorlarla imkanların asanlıqla paylaşmasına imkan verir. Enerji effektivliyinə görə dünyada lider olan Flexi baza stansiyası operatorlara şəbəkə qovşağının enerji sərfiyyatında 70%-dək qənaəti təmin etmək imkanı verir. Bu, 3G, WiMAX и LTE kimi digər qabaqcıl mobil radio texnologiyaları ilə asanlıqla uyğunlaşa bilən, gələcəyin hazır platformasıdır.Bakcell-ə təchizat 2009-cu ilin mart ayında başlanacaq və şəbəkənin genişləndirilməsi 2009-cu ilin sonunadək tamamilə başa çatdırılacaqdır.WCDMA/HSPA sənayesinin lideri olan Nokia Siemens Networks hal-hazırda təxminən 150 quraşdırılmaqda olan 3G radio-şəbəkəsi, kommersiya istifadəsində olan 110-dan artıq şəbəkəyə malikdir. Şirkət həmçinin təxminən 180 şəbəkələrdə EDGE texnologyasını tədbiq edən, bu sahənin danılmaz liderdir. Nokia Siemens Networks öz I-HSPA innovasiyası və operatorlara LTE texnologiyasına asanlıqla keçmək imkanı verən birbaşa LTE həlli ilə səthi şəbəkə arxitekturasının müjdəçisidir.