download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell Mercedes-Benz C-200 avtomobilini qalibə təqdim etdi
    16.07.2010

    Azərbaycanın ilk mobil operatoru Bakcell, Mercedes-Benz C-200 Compressor avtomobilini “46 gün ərzidə Mercedes-Benz qazan” SMS kampaniyasının qalibi Günel Bağırovaya təqdim etmək üçün iyulun 16-da Mercedes-Benz şirkətinin ofisində təqdimetmə mərasimi təşkil etdi. Təqdimetmə mərasimində Bakcell-in baş icraçı direktoru xanım İneke Botter avtomobilin rəmzi açarını qalibə şəxsən təqdim etdi. Günel Bağırova sahib olduğu avtomobili öz adına qeydiyyatdan keçirən andan istifadə edə biləcək. “Baxmayaraq ki, bu, Bakcell-in tarixində ictimaiyyət üçün keçirilən ilk böyük SMS sual yarışması idi, gənclərdən tutmuş 74 yaşlı abunəçimizə qədər çoxlu sayda insan bu oyunda iştirak etdi. Bakcell SMS viktorina üçün bazarda ən aşağı tarif – 1 sms üçün 0.49 AZN təklif etdi. Biz nəticələrdən məmnunuq və gələcəkdə oxşar kampaniyaların keçirilməsini davam etdirəcəyik” - deyə xanım İneke Botter bildirib. Öz növbəsində Günel Bağırova əldə etdiyi avtomobil üçün Bakcell-ə təşəkkür edib. “Hər kəs bu maraqlı oyuna qoşulmalıdır. Yarışmanın son iki gecəsində mən demək olar ki, yatmadım, bütün gecəni suallara cavab verdim və ən böyük mükafatı qazandım. Bu şansa görə Bakcell-ə dərin təşəkkürümü bildirirəm” -, deyə Günel Bağırova bildirib. 25 yaşlı Günel Bağırova 20 may - 4 iyul tarixlərində keçirilən kampaniya ərzində ən çox xal toplayan Bakcell abunəçisidir. O, Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini və Azərbaycan Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya üzrə dərs deyir. O, maşın sürməklə və interyer dizaynla maraqlanır. SMS kampaniyanın 5 ən yaxşı iştirakçısı bu müddət ərzində hər həftə 3000 AZN qazanıb. Hər gün ən çox suala düzgün cavab verən və ən çox xal toplayan 35 Bakcell abunəçisi Nokia 5530 Xpress Music mobil telefonu, 31 nəfəri Toshiba Satellite L500 noutbuku əldə edib. Bakcell bütün şanslı “46 gün ərzidə Mercedes-Benz qazan” qaliblərini ürəkdən təbrik edir və kampaniyada iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirir! Son 1 il ərzində Bakcell şəbəkəsini xeyli genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini 2 dəfədən çox artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 milyona çatıb. Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet təklif edir. “46 gün ərzində Mercedes-Benz qazan" kampaniyası, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumatı http://www.bakcell.com/777-a daxil olmaqla və ya 555-ə zəng vurmaqla əldə edə bilərsiniz. Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.