download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    “Bakcell”in Ulduzum abunəçiləri “Türk Hava Yolları”ndan əlavə millər əldə edəcəklər
    26.04.2017

    “Bakcell”in Ulduzum abunəçiləri “Türk Hava Yolları”ndan əlavə millər əldə edəcəklər Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə ölkənin irimiqyaslı loyallıq proqramı olan “Ulduzum”un yeni tərəfdaşını elan edir. Türk Hava Yolları ilə əldə olunmuş razılaşmaya əsasən, Ulduzum abunəçiləri “Miles&Smiles” beynəlxalq miqyaslı loyallıq proqramından əlavə millər əldə edəcəklər. Belə ki, Ulduzum abunəçiləri aylıq mobil rabitə xidmətlərindən istifadəyə görə, xərclədikləri məbləğə müvafiq olaraq millər toplayacaqlar. Əlavə millər aşağıda qeyd edilən iki kateqoriya üzrə təqdim edilir: Daimi Bakcell abunəçiləri ölkə daxilində xərclənən hər 1 AZN üçün 2 mil və rouminqdə xərclənən hər 1 AZN üçün 3 mil; Mobil Nömrə Daşınması xidməti vasitəsilə Bakcell şəbəkəsinə keçən abunəçilər ölkə daxilində xərclənən hər 1 AZN üçün 3 mil və rouminqdə xərclənən hər 1 AZN üçün 3 mil. Əlavə millər toplamaq üçün Ulduzum abunəçiləri “Türk Hava Yolları”nın “Miles&Smiles” üzvlük nömrəsini SMS vasitəsilə 5555 nömrəsinə göndərməlidir. Bununla yanaşı “Miles&Smiles” üzvlük nömrəsini www.ulduzum.az/miles.php səhifəsində Bakcell mobil nömrəsi ilə bir yerdə qeydiyyatdan keçirmək olar. Qeydiyyatdan keçməklə abunəçilər kampaniyanın bütün şərtlərini qəbul etmiş olurlar. Yeni “Miles&Smiles” üzvlük nömrəsini www.turkishairlines.com saytında qeydiyyatdan keçərək əldə etmək olar. Qeyd edək ki, 2.2 milyon nəfərdən çox abunəçisi və 220-dən çox tərəfdaşı olan Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və proqramının tərəfdaşları olan şirkət müştərilərinin sadiqliyini təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda da ən yaxşı müştəri xidməti göstərən proqramlardan biridir. Ulduzum proqramından istifadənin daha asan olması məqsədilə abunəçilərin istifadəsinə verilmiş Bakcell Ulduzum mobil tətbiqetməsini (həm iOS, həm də Android platforması üçün) www.ulduzum.az saytından  yükləmək olar. “Miles & Smiles Frequent Flyer” proqramı Türk Hava Yollarına sərnişin loyallığı yaratmaq üçün 1989-cu ildə yaradılıb. Bu proqrama dünyanın müxtəlif ölkələrindən 7 milyona yaxın insan qoşulub. Sərnişinlər Türk Hava Yolları ilə uçaraq hava mili qazana bilərlər. Onlar həmçinin “Miles & Smiles”la birgə kredit kartlarından, eləcə də mehmanxana və avtomobil icarəsi kimi təxminən 84 proqram tərəfdaşı olan şirkətlər tərəfindən təklif olunan xidmətlərdən istifadə etməklə hava mili əldə edə bilərlər. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. *** Türk Hava Yolları Haqqında Turkish Airlines  (Türk Hava Yolları) hazırda 333 sərnişin və karqo təyyarəsinə malik, 247-i beynəlxalq, 49-u daxili olmaqla dünyanın 296 məkanına uçuş edən 4 ulduzlu aviaşirkətidir. 2016-cı ildə Skytrax tərəfindən keçirilən sorğuya əsasən, Türk Hava Yolları ardıcıl olaraq 6-cı dəfə "Avropanın ən yaxşı aviaşirkəti" və ardıcıl 8-ci dəfə "Cənubi Avropada ən yaxşı aviaşirkət" seçilib. 2010-cu ildə "Ən yaxşı ekonom-klass yemək xidməti", 2013 və 2014-cü illərdə dünyanın "Ən yaxşı biznes klass yemək xidməti", keçən il keçirilən sorğuda  "Ən yaxşı biznes klass yemək salonu", bu ilki sorğuda isə "Ən yaxşı biznes klass göyərtədə qulluq" mükafatlarının qalibi olub. Türk Hava Yolları haqqında daha ətraflı məlumat www.turkishairlines.com və ya Facebook, Twitter, Youtube, Linkedin və Instagram kimi sosial şəbəkələrdəki hesabından alına bilər.