download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Baksel şirkəti daha bir televiziya verilişinin sponsoru oldu
    13.04.2012

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti daha bir televiziya layihəsinin maliyyələşdirilməsinə başlayır. Bir çox sahədə əhəmiyyətli yeniliklərin əsasını qoyan Bakcell şirkəti yerli telekanallarda yayımlanan verilişlərin maliyyələşdirilməsində, milli serialların ərsəyə gəlməsinə vasitəçilik etməklə Azərbaycan kinoindustriyasının inkişafına öz töhfəsini verməkdədir. Qısa müddət ərzində Azərbaycan izləyicisinin sevimli teleseriallarından birinə çevrilən və hər seriyası səbirsizliklə gözlənən ilk milli serial “Aramızda Qalsın” məhz Bakselin baş sponsorluğu ilə həyata keçməkdədir. Azərbaycanda həm kino mədəniyyətinin səviyyəsinin, həm də tamaşaçı zövqünün yüksəldilməsinə böyük əhəmiyyət verən Baksel daha bir yeni layihə olan “Cavanlıq” teleserialının sponsorluğuna da başlamışdır. Bu gözəl ən-ənəyə sadiq qalan Baksel Space TV televiziyasında start götürən “Banu” verilişinin maliyyələşdirilməsini öz üzərinə götürmüşdür. Şənbə günləri saat 18:15-də efirə gedən veriliş çərşənbə axşamları saat 17:30-da təkrarlanacaq verilişin aparıcısı bütün Azərbaycanı qarış-qarış gəzərək ölkənin müxtəlif regionlarındakı toy və nişan mərasimlərini tamaşaçılarına təqdim edəcəkdir. Layihə Azərbaycanın qədim mədəniyyətinə daha yaxından baxmaq imkanı yaratmaqla yanaşı ölkənin ayrı-ayrı hissələrində toy şənliklərinin keçirilmə qaydaları, yerli adət və ən-ənələrin öyrənilməsi, eləcə də regiondan regiona bu adətlər arasındakı fərqləri üzə çıxaracaq. Azərbaycanın müxtəlif regionlarına daimi səfərlər edəcək çəkiliş qrupu yerli camaatla ünsiyyət yaradacaq, onların yaşam tərzləri, yerli adətləri, mətbəxləri və s. kimi maraqlı mövzülarda tamaşaçılara bəhs edəcəklər.        Bakcell, onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.