download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    AppLab iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş seminar keçirilib
    09.10.2018

    Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell özünün AppLab inkubasiya proqramının iştirakçıları üçün blokçeyn texnologiyasına həsr olunmuş  seminar təşkil edib. “Gələcəyin texnologiyası: blokçeyn və blokçeyn startapının yaradılması” adlı seminarda yerli startapçılara blokçeyn texnologiyasının iş prinsipləri və onun müxtəlif layihələrə inteqrasiya edilməsi imkanları barədə geniş məlumat verilib. “Blokçeyn texnologiyası yeni yarananda startapçılar bu yeniliyin hansı sahələrdə tətbiq oluna biləcəyini tam şəkildə başa düşmürdülər. Lakin bu gün blokçeyn üzərində qurulmuş startaplara daha tez-tez rast gəlinir. Biznes sahibi olan gənc startapçılar onun imkanlarını öynənməlidirlər. Çünki bu texnologiya sayəsində xeyli gəlir əldə etmək mümkündür. Blokçeyn artıq gələcəyin əlçatan texnologiyasıdır və biz onu öyrənib real həyatda tətbiq etməyə bacarmalıyıq”, deyə AppLab proqramının məzunu, müxtəlif uğurlu layihələrin müəllifi, WAVES platformasının səfiri və Blokçeyn üzrə təlimçi Orxan Əhmədov bildirib. AppLab proqramının fəaliyyətə başladığı 2014-cü ildən bəri müxtəlif avadanlıq  və proqram təminatlarının tərtibi ilə məşğul olan yerli developerlər öz ideyalarını həyata keçirmək üçün “Bakcell”dən dəstək alırlar. İştirakçılar müvafiq təlimlərlə yanaşı, şirkətin AppLab Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim otaqları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər. AppLab Mərkəzinin dəstəyi ilə Azərbaycanın gənc mütəxəssisləri tərəfindən yaradılmış layihələrin bəziləri artıq Android və iOS əməliyyat sistemi ilə işləyən cihazlara yüklənə bilər. İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə onların inkişafı və innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan şəraitin yaradılması və məsləhətlər ilə dəstək göstərməyə həmişə hazırdır. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən isə Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. {gallery} /uploads/bakcell_applab_blockchain_seminar1.jpg /uploads/bakcell_applab_blockchain_seminar2.jpg /uploads/bakcell_applab_blockchain_seminar3.jpg /uploads/bakcell_applab_blockchain_seminar4.jpg {/gallery}