download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Bakcell şirkətinin baş icraçı direktoru Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçilib
    10.10.2018

    Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (CCİAF) İdarə Heyətinə üzv seçilib. Belə ki, CCİAF-nin oktyabrın 5-də keçirilən ümumi yığıncağında Nikolai Beckers Palatanın İdarə Heyətinin 9 üzvündən biri seçilib. Biznes sahəsinin ən mühüm təşkilatları və tədbirlərində fəal şəkildə iştirak edən Bakcell şirkəti ölkənin biznes mühiti və iqtisadiyyatının inkişafına böyük töhfə verməkdə davam edir. Belə təşkilatların biri də “Bakcell”in 2017-ci ildən bəri üzv olduğu Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasıdır. Şirkət CCİAF-nin bir neçə uğurlu layihəsinə, o cümlədən da Azərbaycanda ilk dəfə olaraq keçirilmiş “ActInSpace 2018 Azerbaijan” beynəlxalq innovasiya müsabiqəsinə dəstək göstərib. “Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə Heyətinə üzv seçildiyim üçün qürur duyuram. Göstərdikləri etimada görə İdarə Heyətinin digər üzvlərinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, biznesin inkişaf etdirilməsi və iş əlaqələrinin yaradılması sahəsində beynəlxalq təcrübəm palatanın fəaliyyətinə töhfə verəcək”,  deyə Nikolai Beckers bildirib. Qeyd edək ki, Nikolai Beckers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə 2016-cı ildə təyin olunub. Bundan qabaq o, Qərbi və Şərqi Avropa və Cənub Şərqi Asiya ölkələrinin qabaqcıl telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən isə Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. {gallery} /uploads/bakcell_ceo_at_azer_france_chamber.jpg {/gallery}