download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    “Təhsil Avtobusu-2018” yay məktəbinin təşkilatçıları “Bakcell”i mükafatlandırdı
    15.10.2018

    Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Təhsil Avtobusu-2018” yay məktəbi layihəsinə göstərdiyi dəstəyə görə mükafatlandırılıb. Belə ki, XII Azərbaycan beynəlxalq təhsil sərgisi çərçivəsində keçirilmiş “Təhsil avtobusu – 2018” yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimində Bakcell şirkəti layihənin uğurla həyata keçirilməsinə dəstək verdiyi üçün təşəkkürnamə ilə təltif olunub. “Təhsil Avtobusu” Yay Məktəbi “Azərbaycan üçün Öyrət” Milli Təhsil Proqramının Azərbaycanın müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. “Təhsil Avtobusu - 2018” Bakı şəhərindən yola düşərək Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edib. Ucqar kəndlərdə tikilən modul tipli məktəblər də daxil olmaqla 5 bölgənin 20 kənd, 17 şəhər məktəbindən ümumilikdə 140-a yaxın şagird peşəkar təlimçi və ekspertlər tərəfindən keçirilən  fərdi-inkişaf təlimləri və komanda-öyrədici intellektual yarışlarda iştirak edib. Bakcell artıq ikinci ildir ki, “Təhsil Avtobusu” Yay Məktəbi layihəsinə dəstək göstərir. Sosial məsuliyyətli şirkət olaraq, Bakcell uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlanan Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Bakcell şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. 7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən isə Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər. {gallery} /uploads/education_bus_2018_1.jpg /uploads/education_bus_2018_2.jpg {/gallery}