undefined tarifinin aktivləşdirilməsi üçün nömrənizin balansından undefined AZN çıxılacaq
Əməliyyat uğurla başa çatdı
₼
Əməliyyat uğurla başa çatdı
Bakcell şirkəti
jurnalistlər və blogerlər üçün “Mobil telekommunikasiya: son nailiyyətlər və yeni
texnologiyalar” mövzusunda iki günlük seminar təşkil edib. Mobil rabitəyə həsr
olunmuş bu ənənəvi seminarın əsas məqsədi telekommunikasiya sahəsinin əsasları,
müasir texnologiyalar, rəqəmsallaşdırma, innovasiyalar və son tendensiyalar barədə
mətbuat nümayəndələrinin və blogerlərin məlumatlılığını artırmaqdır.
Tədbirdə ölkənin
bir çox aparıcı media qurumlarını təmsil edən 30-dan çox jurnalist və bloger
iştirak edib.
Bakcell əməkdaşlarının
iştirakı ilə seminar çərçivəsində “eSIM texnologiyası”, “B2B ekosistemi və onun
bazara təsiri”, “VoLTE texnologiyası”, “Mobil rabitə şəbəkəsinin iş prinsipi”,
”Qarabağda Bakcell şəbəkəsinin qurulması və genişlənməsi”, “Qlobal
telekommunikasiya trendləri: süni intellekt”, “Korporativ sosial məsuliyyət
strategiyası və onun cəmiyyətə faydası” kimi mövzular üzrə təqdimatlar və interaktiv
sessiyalar keçirilib.
Şirkət nümayəndələri
jurnalistlərin telekommunikasiya sənayesi və yeni texnologiyalara aid
suallarını cavablandırıb, fikir mübadilələri və müzakirələr aparıblar.
Qeyd edək
ki, Bakcell 2015-ci ildən başlayaraq hər il davamlı olaraq mətbuat üçün mobil
telekommunikasiyaya həsr olunmuş seminarlar təşkil edir.