Bakcell şirkətinin sponsorluğu ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bir Yol, Bir Kəmər Elm və Texnologiya alyansının təşkilatçılığı ilə təşkil olunan tədbirdə müxtəlif dövlət qurumlarının, nazirliklərin, dünyanın 30-dan artıq ölkəsindən olan universitet və elmi mərkəzləri təmsil edən yüzdən çox tanınmış alim, nüfuzlu universitetlərin rektorları, rəqəmsal iqtisadiyyat sahəsində məşhur alimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, iqtisadçı ekspertlər və KİV nümayəndələri iştirak edib.
Konfransda rəqəmsal iqtisadiyyat, rəqəmsal valyutalar, elektron ticarət, rəqəmsal transformasiya, ağıllı şəhər və digər əlaqəli mövzular üzrə maraqlı çıxışlar, plenar məruzələr və panel müzakirələri yer alıb.
{gallery} /uploads/bakcell_supported_international_conference1.jpg /uploads/bakcell_supported_international_conference2.jpg /uploads/bakcell_supported_international_conference3.jpg {/gallery}