undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Əməliyyat uğurla başa çatdı
İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı
pilot Gülhüseyn Abdullayev 4-6 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində keçiriləcək “Gulf Radical Cup” yarışında iştirak edəcək.
“Bakcell” brendi altında yarışacaq pilotun avtomobil nömrəsi artıq bəllidir –
55!
Qeyd edək ki, sözügedən yarış 2006-cı ildə əsası qoyulan “GulfSport Racing”
motosport komandası tərəfindən təşkil olunur. Daha ətraflı məlumatı yarışın rəsmi
saytına keçid edərək əldə etmək
mümkündür.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksək
keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni
intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı
inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən
böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar
və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq
şirkətlər qrupunun tərkibinə daxildir.