download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell-in yüksək keyfiyyətli şəbəkəsi genişlənməkdə davam edir və şirkət Azərbaycanın mobil rabitə istifadəçilərinə ən üstün şəbəkə xidmətləri göstərir
    03.06.2011

    Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti öz şəbəkəsinin genişlənməsi, inkişafı və təkmilləşdirilməsini davam etdirir. Düzgün sərmayə yatırımları nəticəsində şəbəkənin əhatə dairəsi sürətlə genişlənib və müştərilərə ən yüksək keyfiyyətli xidmətlər göstərmək imkanı yaradıb. Hal-hazırda  iki mindən artıq baza stansiyasının və 19000 ötürücü stansiyanın fəaliyyətdə olması sayəsində Bakcell şəbəkəsi genişlənərək, bəzi şəbəkələrin əhatə dairəsi xaricində olan ucqar ərazilər də daxil olmaqla ölkənin 90%-dən çoxunu əhatə edir. Bakcell şəbəkəsi əhalinin 98%-dən çox hissəsinə xidmət edir. Beləliklə də şirkət bu gün Azərbaycanın mobil rabitə istifadəçilərinə ən geniş çeşidli şəbəkə xidmətləri göstərir. Gündəlik mobil telefon istifadəçisi olan aktiv Bakcell abunəçilərinin sayı 2.5 milyonu keçib və bu rəqəm artmaqda davam edir. Bakcell şəbəkəsinin yüksək tutumu çoxsaylı zənglərin yüksək keyfiyyətlə və heç bir şəbəkə itməsi olmadan yüksək siqnalla qəbul edilməsinə imkan yaradır. Bundan əlavə, Bakcell şəbəkəsi bütün ölkə üzrə mobil data və internet xidmətlərini təklif edir. Bakcell şirkəti rəqəmsal xidmətlərini, bu cür xidmətlərin əhatə dairəsini məhdudlaşdıran bəzi digər şəbəkələrdən fərqli olaraq, bütün Azərbaycan ərazisində istifadə üçün mümkün edib. Bakcell-in Baş icraçı direktoru cənab Riçard Şirerin sözlərinə görə abunəçilərin sayının sürətlə artması müştərilərə ən yaxşı və etibarlı şəbəkə xidmətlərinin göstərilməsinin aydın göstəricisidir: “Biz müştərilərimizin geniş çeşidli və ən yaxşı şəbəkə xidmətlərindən istifadə etməsi üçün şəbəkəmizin keyfiyyətini artırmağa davam edəcəyik”. Bakcell şirkəti üstün əhatə dairəsi, eləcə də yüksək keyfiyyətli müştəri xidməti və ən son tələblərə cavab verən mobil xidmətlərin təmin olunmasını bundan sonra da davam etdirəcək. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.