download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Məşhur Hollivud rejissoru Bakcell şirkətinin yeni reklam çarxını çəkdi
    17.01.2013
    Məşhur Hollivud rejissoru Bakcell şirkətinin yeni reklam çarxını çəkdi

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell böyük məmnuniyyətlə şirkətin, məşhur Hollivud rejissoru Pol U.S. Anderson tərəfindən çəkilən yeni reklam çarxını təqdim edir. Yeni reklamın qəhrəmanları Mançester Yunayted komandasının futbolçuları Kleverli, Anderson, Pauell və dünya şöhrətli futbolçu Robin Van Persi Bakcell-in Sür@ xidmətini nümayiş etdirirlər.   Yeni reklam çarxı yanvar ayının 17-də, Bakıda keçirilən və Pol V.S. Andersonun şəxsən iştirak etdiyi mətbuat konfransı zamanı jurnalistlərə təqdim edilib. Yeni reklam çarxı barəsində danışan Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer bildirib: “Biz çox məmnunuq ki, bu yeni reklam çarxı vasitəsilə ən uğurlu məhsulumuz olan  Sür@ və keçən ilin ən uğurlu layihəsi olan Mançester Yunayted tərəfdaşlığını birləşdirə bilmişik.  Sür@ bazarda ən tələb olunan məhsullarımızdan birinə çevrilib və inanırıq ki modemlərin yeni versiyası da müştərilərin xoşuna gələcək. Bu gün biz Azərbaycanda ilk dəfə olaraq məşhur Hollivud rejissoru tərəfindən çəkilmiş yeni reklam çarxımızı təqdim edirik. Pol V.S. Andersonu Bakıda görüb, onun Bakcell komandası və Mançester Yunayted-in futbolçuları ilə birgə iş haqqında təəssüratlarını öyrənmək bizim üçün böyük şərəfdir”. “Bakcell və Mançester Yuyated-lə işləməkdən çox məmnunam. Mən çox nadir hallarda reklam çarxı çəkə bilərəm. Mən reklam çarxına bir mini-film kimi yanaşıram, reklamın ideyası mənim üçün çox vacibdir”, deyə Paul Anderson bildirib.    Sür@ xidməti vasitəsilə Bakcell öz müştərilərinə Azərbaycanda ən sürətli mobil internetdən ən sərfəli qiymətlərlə yararlanmaq fürsətini verir. Bakcell şirkəti və dünyanın ən məşhur futbol klubu Mançester Yunayted arasındakı tərəfdaşlıq 2012-ci ilin oktyabr ayında elan edilib. Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti Mançester Yunayted-in bütün MDB məkanında ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq, ölkənin futbol həvəskarları və xüsusilə də Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv kontent təqdim edir. Bakcell məşhur futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkətidir. Reklam çarxını bu linkdən izləyin: http://www.youtube.com/watch?v=P8xGI57u4YA *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.