Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti, 55 min manat dəyərində “Böyük çek”i “Uşaqların Xilası” təşkilatına təqdim edib. Bu məbləğ Bakcell Stars adlı KSM proqramı çərçivəsində Bakcell abunəçiləri tərəfindən ianə edilib. Çek Bakcell-in baş direktoru İneke Botter tərəfindən “Uşaqların Xilası” təşkilatının ölkə üzrə direktoru Cef Cakominiyə təqdim edilib. Rəsmi təqdimetmə mərasimində xanım İneke Botter bildirib:
“Bakcell Stars məmnuniyyətlə bəyan edir ki, Bakcell abunəçiləri tərəfindən Uşaqların Xilası təşkilatına 55, 000 manat yardım etmişlər. Bu yardım Azərbaycandakı uşaqların həyatında dəyişiklik etməyə kömək edəcək. Biz Azərbaycan cəmiyyətindəki uşaqlara yardım etməyə davam edəcəyik. Bakcell Stars-a yardım edilmiş hər bir manat Azərbaycandakı qayğıya ehtiyacı olan uşaqlara yönələcək”.
Toplanmış məbləğ Azərbaycan məktəblilləri arasında tolerantlıq, yaxşı davranış və sağlam seçim kimi ideyaların aşılanmasına dair təhsil proqramlarının maliyyələşməsinə sərf olunacaq. BAkcell abunəçilərinin yardımı vasitəsilə, Uşaqların Xilası təşkilatının təhsil proqramı daha böyük coğrafiyaya yayılacaq və hər növ yaş qruplarını əhatə edəcək”.
Bakcell Stars və Uşaqların Xilası təşkilatı Azərbaycandakı uşaq proqramlarını dəstəkləyən Bakcell abunəçilərinə təşəkkürünü bildirir!
Bu ianə sms-kampaniya vasitəsilə toplanıb. Kampaniya zamanı hər bir Bakcell abunəçisi 1155 qısa nömrəsinə cavab yazmaqla, uşaqlara AZN 1 və ya 450 kontur yardım edib.
Bakcell Stars proqramı, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik,www.bakcell.com daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.