Əziz həmkarlar,
Nəzərinizə çatdırmaq istərdik ki, son 3 gün ərzində dünyanın müxtəlif ölkələrində BlackBerry istifadəçiləri BlackBerry Messenger (BBM), elektron poçt və internetdən istifadə ilə bağlı problemlərlə üzləşmişdirlər. Bakcell də bu müddət ərzində BlackBerry-dən istifadə edən Bakcell əməkdaşlarından və abunəçilərindən çoxsaylı şikayətlər qəbul edib. Bildirmək istərdik ki, bu problemlərin Bakcell-ə heç bir əlaqəsi yoxdur. Bu günlərdə dünya üzrə milyonlarla istifadəçi BlackBerry xidmətlərindən istifadə edə bilməyib. Bu cihazın yaradıcısı sayılan Research In Motion (RIM) şirkəti texniki nasazlıqlara görə bütün BlackBerry istifadəçilərindən üzr istəyib və Siz http://blackberryrocks.com keçidinə daxil olmaqla şirkətin rəsmi üzrxahlıq mətni ilə tanış ola bilərsiniz.