download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    MilliÖN terminalları vasitəsilə nömrələrinin balansını artıran Bakcell abunəçiləri üçün bonus dəqiqələri
    24.02.2016

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti MilliÖN ödəmə terminalları şəbəkəsinin sahibi “Komtec” şirkəti ilə birlikdə “Bonus dəqiqələri” kampaniyasına start verdiyini elan edir. Bu yeni kampaniyanın keçirilməsində məqsəd Bakcell abunəçilərinə daha yaxşı xidmət göstərmək, onların məmnuniyyətini qazanmaq və sərf etdikləri məbləğin əvəzində daha çox dəyər əldə etmələrini təmin etməkdir. MilliÖN ödəmə terminalları vasitəsilə öz nömrələrinin balansına minimum 5 AZN vəsait yükləyən əvvəlcədən ödəmə sistemində olan (prepaid) Bakcell abunəçilərinə 5 dəqiqə bonus təqdim edilir. Bonus dəqiqələri ödəmə terminalında ödəniş həyata keçirildikdən dərhal sonra avtomatik olaraq abunəçinin balansına yüklənir. Bonus dəqiqələri yalnız şəbəkədaxili zənglər üçün istifadə oluna bilər. Bonus dəqiqələri abunəçinin balansına yükləndikdən sonra 3 gün ərzində etibarlıdır. Bakcell öz abunəçilərini  alternativ ödəmə üsullarından istifadə etməyə və həyata keçirdiyi müxtəlif kampaniyalardan faydalanmağa həvəsləndirir.  *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir. 5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 1.7 milyon nəfərdən çox abunəçisi ilə Ulduzum bu gün abunəçilərə müxtəlif çeşidli güzəşt və xidmətlər təklif edən, həmçinin öz abunəçilərinin və Ulduzum proqramının tərəfdaşları olan müəssisələrin müştərilərinin loyallığını təşviq etməklə təkcə Azərbaycanda deyil, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya və Şimali Afrika regionunda ən yaxşı istehlakçı xidmətidir.  Bu yaxınlarda istifadəyə verilmiş xüsusi mobil aplikasiya vasitəsilə Bakcell abunəçiləri, mövcud SMS və USSD əsaslı məlumat mübadiləsi ilə yanaşı, həm iOS, həm də Android platforması üzərindən Ulduzum endirimlərindən faydalana bilirlər. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.