download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Pulsuz CİN nömrə ilə birgə Nokia C2-01 telefonunu alın və Şənbə və Bazar günləri pulsuz şəbəkədaxili zənglərdən yararlanın
    16.03.2012

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti böyük məmnuniyyətlə məhdud müddətili yeni kampaniyanı elan edir. İndi 3G sistemini dəstəkləyən Nokia C2-01 telefonunu pulsuz ƏlaCİN /DoğmaCİN nömrə ilə birgə sərfəli qiymətə alan müştərilərimiz İyun ayının sonuna qədər Şənbə və Bazar günləri pulsuz şəbəkədaxili zənglərdən yararlanacaqlar. Martın 31-dən etibarən Nokia C2-01 telefonunu istənilən Bakcell diler mağazası və ya xidmət mərkəzindən əldə etmiş xoşbəxt alıcılar, ƏlaCİN və DoğmaCİN tarif paketinə qoşulub Aprelin 1-dən İyunun 30-a dək Şənbə və Bazar günləri ərzində pulsuz şəbəkədaxili zənglərdən yararlana biləcəklər. Bundal əlavə, müştərilərimiz telefonu müstəsna və xüsusi qiymətə alıb pulsuz SİM kart əldə edəcək, yeni və sərfəli ƏlaCİN və DoğmaCİN tarif paketləri sayəsində 14-ə qədər həftə sonu ərzində limitsiz şəbəkədaxili zənglərdən faydalanacaqlar. Bakcell, onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.