İndi Bakcell-ə digər mobil operatorlar, sabit xətt nömrələri, eləcə də rouminqdə olarkən zəng etmək daha asandır. Bunun üçün sadəcə 055 0000555 nömrəsini (digər mobil operatorlar və ya sabit xətt nömrələri üçün) və ya +99455 0000555 (rouminq üçün) yığmaq kifayətdir.
«Bu ilin may ayında biz müştərilərimizə maksimum yaxın olmaq və istifadədə sadə olmaq məqsədini özündə əks etdirən Bakcell-in yeni fəlsəfəsini təqdim etdik. Buna görə də, abunəçilərimizin hər biri üçün sadə və asan anlaşıla bilən tәrәfdaş olmaq bizim üçün zəruridir. Bu məqsədlə, dekabr ayının əvvəlində bütün Bakcell abunəçiləri üçün Məlumat Mərkəzinə vahid nömrə- 555 vasitəsilə zəng etmək imkanını təqdim etdik. Lakin biz digər operatorların xidmətlərindən istifadə edən, yaxud ümumiyyətlə hələ mobil telefon əldə etməmiş potensial müştəriləri də unutmuruq. Onların Bakcell-in yenilikləri və yeni kampaniyalar haqqında operativ şəkildə məlumat almalarıüçün biz, həmçinin digər operator nömrələrindən və şəhər nömrələrindən 055 0000555 nömrəsinə zəng etmək imkanını təqdim etdik», - deyə Bakcell şirkətinin Baş Direktoru, xanım İneke Botter qeyd etdi.
«Cari ilin sonunadək biz lisenziyaların sayının üçdə biri qədər artırılmasını planlaşdırırıq. Yeni lisenziyalar VİP müştərilərin zəngləri və onlara daha yüksək səviyyəli xidmətlərin göstərilməsi üçün istifadə ediləcək», - xanım İneke Botter vurğuladı.
«Yeni xidmətlərimizi təqdim etməklə, biz həm də, Məlumat Mərkəzinin üzərinə düşən yükü azaldırıq. Belə ki, sentyabrdan başlayaraq Klass və Gold abunəçiləri *101#, ödəmə kartının kodu və #YES yığmaqla öz balanslarını ödəmə kartları vasitəsilə müstəqil olaraq artırmaq imkanını əldə etmişlər. Bununla biz, hesabın artırılması ilə bağlı edilə biləcək telefon zənglərinin sayını əhəmiyyətli dərəcədə azalda bildik», - Baş Direktor bildirdi.
Son 15 il ərzində Bakcell abunəçilərinin 012 498 8989 nömrəsinə öyrəşdiyini nəzərə alaraq, müvəqqəti olaraq həmin nömrə yeni 055 0000555 nömrəsi ilə yanaşı işləməyə davam edəcəkdir.
İndi bütün Bakcell abunəçiləri 555 nömrəsilə Məlumat Mərkəzinə zəng edə və günün 24 saatı, həftənin 7 günü və ilin 365 günü lazımi məlumatı ala bilər.
Bu yaxınlarda Bakcell, həmçinin zəng edən abunəçilərə göstərilən xidməti dünya standartlarına uyğunlaşdırmış və Məlumat Mərkəzinin işini daha da sadələşdirmişdir. Qəbul edilən zənglərin 95% 10 saniyədən az müddət ərzində qəbul edilir və suallar təxminən 1 dəqiqə ərzində cavablandırılır.