download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    CINeration yeni kampaniya elan edir
    16.09.2013

    Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan  Bakcell böyük məmnuniyyətlə CINeration istifadəçiləri üçün yeni kampaniya elan edir. Gənc Bakcell istifadəçilərinin sevimli tarifi olan CINeration, “CINeration Duzzz” kampaniyasını elan edir. Yeni kampaniya ancaq CINeration abunəçiləri üçün aylıq 1000 dəqiqə bonus və 1000 SMS təklif edir.  Yeni kampaniya sentyabrın 15-dən başlayaraq hər aktiv olacaq və hər bir CINeration istifadəçisi bu bonus paketini əldə edə biləcək. Bonusları əldə etmək üçün {{buttons "5535"}} nömrəsinə pulsuz SMS göndərmək və ya {{buttons "*535*1#C"}} yığmaq kifayət edəcək. Bonuslar aylıq birdəfəlik minimal 5 AZN balans artımından sonra mümkün olacaq və həmin ayın   sonuna qədər etibarlı olacaq. Beləliklə, davamlı olaraq bonuslardan faydalanmaq, pulsuz danışmaq və yazışmaq üçün CINeration istifadəçiləri hər ay balanslarına minimum 5 AZN yükləməlidirlər. Kampaniya 1 dekabr 2013-cü il tarixində sona çatır və son qoşulmadan 6 ay sonrayadək davam edəcək. Digər aktiv kampaniyaların abunəçiləri olan CINeration istifadəçiləri eyni vaxtda bütün bonuslardan faydalanmaq imkanına malik olacaqlar. Bonusların istifadəsi prioritet əsaslı olacaq. *** Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan  Bakcell, müasir mobil rabitə müştəriləri üçün müxtəlif məhsullar təklif edir.  Bakcell ölkədə Sür@ brend adı altında üstün 3G mobil internet imkanını reallaşdırır. Ən böyük qeyri-neft sərmayədarlarından biri olan Bakcell bu gün ən müasir telekommunikasiya texnologiyaları və müştərilərə xidmət göstərən kadrları ilə Azərbaycan iqtisadiyyatına nəhəng sərmayələr qoyur. Bakcell-in şəbəkəsi əhalinin 99%-dən çox hissəsini və quru sahənin 92%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla). Bakcell innovasiya üzrə liderdir və o, yeni tərəfdaşlıq və Sür@ xidmətləri ilə mobil internet xidmətinin ən yaxşı imkanlarını Azərbaycana gətirmək istəyir. 257 pərakəndə satış məntəqəsi və  24x7 rejimi ilə işləyən 7 Müştəri Xidməti Mərkəzi ilə Bakcell öz müştərilərinə ən üstün müştəri təcrübəsini bəxş edir. Bakcell məhsulları və xidmətləri üzrə daha geniş məlumat almaq üçün www.bakcell.com saytına daxil olun və ya 555 nömrəsinə zəng edin. Pres-relizlər üçün www.bakcell.com/az/news saytına (və ya ingilis dilində olan pres-relizlər üçün www.bakcell.com/en/news saytına) müraciət edin. Əgər Bakcell abunəçisi deyilsinizsə, ancaq Bakcell və onun xidmətləri haqda məlumat almaq istəyirsinizsə, 055 000 05 55 nömrəsinə zəng edin.