Mobil rabitə istifadəçilərinə Sür@ ticarət nişanı altında müxtəlif məxsul və xidmətlər təklif edən Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə ən populyar Bakcell tariflərindən biri olan CİNeration abonentləri üçün eksklyuziv kampaniya elan edir.
18 Fevral 2013-cü il tarixindən etibarən 3 ay ərzində CİNeration istifadəçiləri My Music Cloud xidməti vasitəsilə xeyli sayda musiqi trekləri yükləyib pulsuz qulaq asa bilərlər.
My Music Cloud – dünyanın istənilən yerindən, mobil cihaz, planşet və ya şəxsi kompüter vasitəsilə «onlayn» və «oflayn» rejimdə musiqi dinləmək arzusunda olan istifadəçilərin ehtiyaclarını misilsiz tərzdə qarşılayan “bulud” xidmətidir.
CİNeration istifadəçiləri istənilən musiqini öz virtual “bulud” yaddaşına yükləyib, kampaniya ərzində tamamilə pulsuz qulaq asmaq imkanına malik olacaqlar.
Bu unikal xidmət xüsusi olaraq Bakcell-in CİNeration abonentlərinə ilk 3 ay ərzində pulsuz göstəriləcəkdir. “My Music Cloud” xidmətindən yararlanan müştərilər istənilən cihazdan istifadə edib öz sevimli mahnılarını idarə etmək, yükləmək və dinləmək imkanını əldə edəcəklər.
“My Music Cloud” xidmətinə qoşulmaq üçün sadəcə “MUSİC” sözünü “5888” nömrəsinə göndərib qeydiyyatdan keçmək kifayətdir.
Qeydiyyatdan sonra, CİNeration abonentləri yükləmə məhdudiyyətləri və İnternet haqqı olmadan “My Music Cloud” xidmətindən 3 ay ərzində istifadə edəcəklər. 3 ay sınaq müddəti keçdikdən sonra, xidmətin aylıq qiyməti 2.36 AZN təşkil edəcək. Yüklənən mahnılar abonentin istifadə etdiyi İnternet paketinə müvafiq olaraq hesablanacaqdır.
CİNeration tarifinin “My Music Cloud” xidmətinə qoşulun və öz müsiqi şəbəkənizi yaradın!
Xidməti dayandırmaq üçün “STOP” sözünü 5888 nömrəsinə göndərin. Əlavə məlumat üçün lütfən www.bakcell.com səhifəsinə daxil olun.
***
Bakcell şirkətinin şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin
Qeyri-Bakcell abonentləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər