Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti, müasir mobil rabitə xidmətləri istifadəçilərinə geniş çeşidli məhsullar təklif edir.
Abunəçiləri daima sərfəli təkliflərlə sevindirən və gənc Bakcell istifadəçilərinin ən sevimli tarifi olan CİNeration, yeni bir gözəl fürsət - limitsiz gecə zənglərini təklif edir. Ayda sadəcə 0.99 AZN ödəməklə, CİNeration abunəçiləri gecə saat 00:00 –dan səhər saat 08:00 dək şəbəkə daxilində pulsuz danışa bilərlər.
Hal-hazırda CİNeration istifadəçiləri, aşağıdakılar daxil olmaqla, bir çox sərfəli təklifdən yararlanırlar:
Həftədə balansa 5 AZN yükləmək şərtilə həftəsonu pulsuz şəbəkədaxili zənglər;
5 qəpiyə bütün gün ərzində İnternet;
CİNeration tarifinin bütün abunəçilərinə çox sərfəli zəng və SMS – dəqiqəsi sadəcə 2 qəpik;
Və artıq 16 İyul 2013-cü il tarixindən etibarən, ayda sadəcə 0.99 manata pulsuz şəbəkədaxili gecə zəngləri.
Bu unikal təklif yalnız CİNeration istifadəçiləri üçün nəzərdə tutulub. CİNeration abunəçiləri {{buttons "*512#1#C"}} kodunu (USSD) yığmaqla bu təklifdən yararlana bilərlər.
Bu kampaniya 3 ay davam ecədəkdir, və həmin müddətin sonunda uzadıla bilər. “Gecə Zəngləri” kampaniyası çərçivəsində danışıq dəqiqələrinin miqdarı aylıq 3500 dəqiqə təşkil edir.
Kampaniya barədə daha ətraflı məlumat əldə etmək üçün {{buttons "5512"}} nömrəsinə zəng edin və ya SMS göndərin, və yaxud CİNeration www.cineration.az və Bakcell şirkətinin www.bakcell.com rəsmi internet səhifələrinə daxil olun.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.