download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Abunəçilər Bakcell şirkətini seçir. Mobil Nömrə Daşınması xidmətinin vasitəsilə Bakcell şəbəkəsinə qoşulan abunəçilərin sayı birlikdə digər iki şəbəkəyə qoşulan abunəçilərin sayından daha çoxdur.
    12.01.2015

    Mobil Nömrə Daşınması (MND) xidmətindən istifadə edərək mobil rabitə operatorlarını dəyişməyə qərar vermiş bütün abunəçilərin 62%-dən çoxu Bakcell şəbəkəsinə qoşulub. Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bildirir ki, abunəçilər Bakcell şəbəkəsinə keçir və şirkət hazırda Mobil Nömrə Daşınması (MND) sahəsində liderdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzinin (MHM) verdiyi məlumata görə, indiyə kimi MND xidmətindən istifadə etmiş abunəçilərin sayı 12000 nəfərdən çoxdur. Bakcell şirkəti bildirir ki, bu abunəçilərin 7500 nəfəri öz nömrələrini məhz Bakcell şəbəkəsinə daşıyıb. “Bakcell şirkəti RYTN-nin MND xidmətinin tətbiqi ilə bağlı təşəbbüsünü lap əvvəldən dəstəkləyib. Biz öz köhnə şəbəkələrinin “əsirinə” çevrilmiş abunəçilərin cəlb edilməsi (abunəçilərin Bakcell şəbəkəsinə axını) baxımından Bakcell-in qazanan bir şirkət olacağına ümid edirdik. Abunəçilər bizim ümidlərimizi doğrultdular və RYTN-nin verdiyi məlumat göstərir ki, Bakcell öz abunəçilərinə ən münasib qiymətlərlə yüksək keyfiyyətli xidmət və məhsullar təklif edir. MND xidmətinin yerli bazarda təklif olunmağa başlamasından bir ildən az bir müddət keçdiyinə baxmayaraq, biz artıq deyə bilərik ki, bu xidmətin şirkətimiz və bütün bazar üçün çox müsbət nəticəsi olub. Biz bu rəqəmin gələcəkdə də artmaqda davam edəcəyinə və Bakcell şirkətinin bu prosesdə lider mövqeyini qoruyub saxlayacağına əminik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.        Öz nömrələrini Bakcell şəbəkəsinə daşımaq istəyən digər operatorların abunəçiləri tərəfindən verilən sorğular 1 fevral 2014-cü ildən başlayaraq icra edilməyə başlanıb. Digər mobil operatorların abunəçiləri öz nömrələrini köçürmək üçün Bakcell şirkətinin Müştəri Xidmətləri Mərkəzlərinə və ya BakcellİM mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin, Bakcell məmnunluq hissi ilə bildirir ki, o, 2014-cü il ərzində ölkədə fəaliyyət göstərən üç mobil rabitə operatoru arasında mobil rabitə abunəçilərinin ən böyük artımı müşahidə olunmuş şirkətdir. Şirkətin birjada səhmlərin yerləşdirilməsi ehtimalını nəzərdən keçirməsini baxımından, bu göstəricinin əhəmiyyəti xüsusilə artmış olur. “Interconnect” sistemlərindən əldə olunmuş məlumata görə, Bakcell şirkətinin aktiv mobil rabitə abunəçi bazası müvafiq olaraq digər iki operatorun 0.4% və 4% göstəriciləri ilə müqayisədə 6.6 faizə qədər artıb. “Abunəçi bazasının artımı bir daha sübut edir ki, Bakcell öz abunəçiləri üçün ən yaxşı dəyər və keyfiyyət kombinasiyasını təklif edir. Yeni abunəçilırin şəbəkəmizə qoşulması və mövcud müştərilərimizin sadiqliyi sayəsində bizim mobil səs xidmətlərimizdən istifadə edən abunəçilərin sayı 2014-cü ildə rəqiblərimizlə müqayisədə daha sürətlə artıb. Bu isə o anlama gəlir ki, abunəçilər  Bakcell şirkətinin təklif etdiyi xidmət və məhsulların üstünlüyünü və əla xidmət səviyyəsini qiymətləndirirlər”, deyə Riçard Şirer qeyd etib.