download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    DaimOnline tariflərində dəyişiklik
    18.09.2019
    DaimOnline tariflərində dəyişiklik

    “Bakcell” MMC öz abunəçilərinin nəzərinə çatdırır ki, 27 sentyabr 2019-cu il tarixindən etibarən şirkətin “DaimOnline” tariflərində aşağıdakı dəyişikliklər tətbiq ediləcək: “DaimOnline 6” tarifi çərçivəsində abunəçilərə hər ay verilən 2 GB internet əvəzinə 3 GB internet trafiki veriləcək. Həmin tarifdə, pulsuz “WhatsApp” istifadəsi yalnız mətn mesajlarına şamil ediləcək və “WhatsApp” üçün nəzərdə tutulmuş internet trafikin həcmi 5 GB təşkil edəcək. “DaimOnline 10” tarifi çərçivəsində sosial media üçün nəzərdə tutulmuş internet trafikin həcmi 5 GB təşkil edəcək və abunəçilərə hər ay 100 şəbəkədaxili dəqiqə veriləcək. “DaimOnline 20” tarifi ləğv edilərək cari abunəçilər “DaimOnline 10” tarifinə keçiriləcək. Hal hazirda bu tarifin aktivləşdirilməsi üçün istifadə olunan *320#Yes kodu ləğv ediləcək. Yuxarıda qeyd olunan bütün dəyişikliklər cari ilin sentyabr ayının 27-dən sonra qüvvəyə minəcək və növbəti aylıq abunə haqqının ödənilməsindən sonra abunəçilər yenilənmiş tariflərdən istifadə edəcəklər. Hər bir DaimOnline abunəçisi sentyabr ayının 27-nə qədər bu yeniliklər barədə SMS vasitəsilə məlumatlandırılacaq.