+
undefined tarifinin aktivləşdirilməsi üçün nömrəni balansından undefined AZN çıxılacaq
Təbriklər
Əməliyyat uğurla başa çatdı

Xəta
Balans artırılması
Mobil nömrə
Köçürüləcək məbləğ
₼
min.1 ₼ - maks. 250 ₼
1 ₼5 ₼10 ₼
Xəta
Əməliyyat uğursuz oldu.
Təbriklər
Əməliyyat uğurla başa çatdı
“Formula 1” əfsanəsi Devid Kulthard və sürətli bolid ilk dəfə Azərbaycanda!
14.06.2012
İyunun 17-də Sür@ həddini aşmağa hazırlaşın! Məhz həmin gün, saat 17:00-da Bakının Neftçilər prospektində “Formula 1” çempionu – “Red Bull racing” komandasının avtoyürüşləri baş tutacaq. RB7 yarış bolidini “Red Bull Racing” komandasının əfsanəvi üzvü Devid Kulthard (David Coulthard) idarə edəcək. Bu möhtəşəm Sür@ şousunu qaçırmayın!RB7, bakılılara inanılmaz sürəti, manevrliliyi, baxımlı “ponçik” bişirməni və 2.5 saniyə ərzində saatda 0-dan 100 km-dək sürət yığmanın fenomenal xarakteristikalarını nümayiş etdirəcək! Red Bull Racing – Formula 1-in əsası 2005-ci ildə qoyulmuş ən “gənc” komandalarından biridir. Red Bullun planetin ən prestijli avtoyarışında iştirak etdiyi yeddi il ərzində, komanda tərəfindən 29 qalibiyyət, 69 podium və 41 poul-pozisiya əldə edilmişdir. 2010 və 2011-ci illərdə tərkibində Sebastyan Fettelin və Mark Uebberin iştirak etdiyi komanda mütləq çempion olmuşdur: Sebastyan pilotlar arasında ikiqat Dünya Çempionu olmuşdur, komanda isə Ferrari və McLaren kimi məşhur rəqiblərini qabaqlayaraq iki Kostruktor Kubokunu qazanmışdır. Devid Kulthard Formula 1-in Red Bull Racing komandasının menecmentinə daxildir. Yunior Formulada qurduğu inanılmaz karyeradan sonra, Devidin həyatında Formula-1-dəki karyerası başlamışdır: o, Uilyams, Maklaren və Red Bull Racing ilə işləmişdir. Bolidlərdə Adriana Nyu və o 13 Qran-Prinin qalibi olmuşdur və podiuma 62 dəfə qalxmışdır.