download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    Xəta

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    David Guetta Bakıda konsert verdi
    21.05.2013
    David Guetta Bakıda konsert verdi

    Dreamexe Production şirkətinin dəvəti ilə Bakıya gələn dünyaca məşhur DJ – David Guetta May ayının 5-i Bakı Ekspo Mərkəzində təşkil olunan konserti ilə elektron musiqi sevərlərinə əsl şou bəxş etdi.  Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin brendi – Bakcell Klass-ın sponsorluğu ilə baş tutan konsert beynəlxalq rəqs festivalı abu-havası yaratdı.   Bakcell Klass tərəfindən David Guettanın konserti ərəfəsində keçirilən və sosial şəbəkələrdə böyük marağa səbəb olan “Klass style” foto müsabiqəsinin finalçıları Guettanın konsertinə bilet qazandılar.Xatıqladaq ki, Bakcell Klass-ın facebook sosial şəbəkəsində elan etdiyi “Klass style” müsabiqəsinin qalibi bu həftə seçiləcək və Bakcell Klass-ın siması qismində çıxış edəcək.    *** Bakcell haqqındaAzərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir. Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.  Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news  (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.