Aprelin 27-ə TechBloq müsabiqəsinin Mart ayı üzrə nəticələri elan edilmişdir. İki nəfər bloq üstası 200 AZN məbləğində mükafata layiq görülüblər:
Elmin Babayev - Müştəri Xidmətləri şöbəsi
Anar Qarahanov - Müştəri Xidmətləri şöbəsi
Qeyd etmək istərdim ki Elmin müsabiqəyə təzəlikcə qoşulsa da, onun bloq yazılışında aktiv iştirakı ona qalibiyyət qazandırdı. Təbrik edirik!
Xüsusi nominasiyalar üzrə (100 AZN məbləğində mükafat) aşağıdakı qaliblər müəyyən edilmişdir:
Ideas Booster – Mehman Qasımov - Müştəri Xidmətləri şöbəsi
Apps Guru - Fəxri Bağırov - Pərakəndə Satış və Distribüsiya şöbəsi
Happy Gamer – Orxan Tağıyev - Müştəri Xidmətləri şöbəsi
Sur@ Driver – Azər Ismayılov - Müştəri Xidmətləri şöbəsi
Bu dəfə qalibləri Bakcell-in Marketinq Direktoru Aynur Abjanova təbrik etmişdir. Onun sözlərinə görə, Bloqlar 3G xidmətlərini Bakcell-in sayəsində Azəbaycanda daha da populyarlaşdırmaq üçün olduqca maraqlı bir məndəbir. Bildiyiniz kimi 2 nəfər bloqqer 3G səfirlərimiz seçilmişdir və Nizami 83-də 3G guşəsinin açılışında iştirak ediblər. 3G mövzusuna daha dərindən toxunmaq üçün onlar Bakcell-in 055 Jurnalında “3G səfirlərindən Faydalı Məsləhətlər” adlı daimi rubrika aparacaqlar, və maraqlı proqramlar və oyunlar barədə öz təcrübəsini bölüşəcəklər.
Bu dəfə aşağıdakı məqalələri oxumağınızı tövsiyyə edirəm:
Orxan Tağıyev: “Talk to me” http://blog.bakcell.com/?p=8159
Fəxri Bağırov: “Temple Run – Super Game For Android OS” http://blog.bakcell.com/?p=8133
Elmin Babayev: “Angry Birds теперь и в космосе(на Земле им мало места)” http://blog.bakcell.com/?p=6448
Bu, hələ harasıdır! Sadəcə http://blog.bakcell.com ünvanına daxil olun və əgər Bakcell-in sadaqətli 3G bloqqerlərin artan kütləsinə dəyər qata biləcəyinizə inanırsınızsa qeydiyyatdan keçin. Bloq qeydiyyadı hələ də aktivdir.
Sizə müsabiqədə uğurlar arzulayıram!
Hörmətlə,
Riçard