download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    "Bakcell”dən rəqəmsal yeniliklər!
    17.03.2023

    Yeni Bakcell tətbiqi və internet səhifəsi abunəçilərə rəqəmsal texnologiyaların üstünlüklərindən istifadə etməklə ən üstün müştəri təcrübəsindən yararlanmaq imkanı verir.

    İndi Bakcell abunəçiləri müxtəlif xidmətlərdən daha sürətli, asan və heç yerə getmədən istifadə edə biləcəklər.

    Yeni Bakcell tətbiqi üztanıma texnologiyası, onlayn çat, ödəniş və loyallıq proqramının tətbiq olunduğu çoxfunksiyalı platformadır. Tətbiqdəki üztanıma texnologiyası sayəsində eSIM nömrə almaq və ya mövcud Bakcell nömrəsinin eSIM dublikatını çıxarmaq üçün onlayn müraciət etmək kifayətdir.

    “Bakcell”in təqdim etdiyi yeni internet səhifəsi də abunəçilərin rahatlığını təmin etmək üçün bir çox rəqəmsal funksiyalara malikdir. Abunəçilər artıq Bakcell saytı vasitəsilə nömrə ala, özlərinə uyğun tarif və digər xidmətləri seçə bilərlər.

    Yeni rəqəmsal təcrübə ilə www.bakcell.com internet səhifəsində tanış olmaq mümkündür. Tam yeni Bakcell tətbiqini https://onelink.to/bakcell linkindən həm Android, həm iOS platformalarında işləyən mobil cihazlara yükləmək olar.

    Qeyd edək ki, Bakcell şirkəti “NEQSOL Holding”in tərkibinə daxildir