download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Ulduzum Festivalı çərçivəsində 30%-ə dək endirimlərdən yararlanın
    18.11.2014

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “Ulduzum festivalı” adlı kampaniyaya başlayıb. 15 noyabr-15 dekabr 2014- cü il tarixləri arasında keçirilən bu kampaniya çərçivəsində Ulduzum proqramının seçilmiş tərəfdaşları Bakcell abunəçilərinə xüsusi əlavə endirimlər təqdim edəcəklər. 30%- ə dək endirim təqdim edən seçilmiş Ulduzum tərəfdaşları barədə daha ətraflı məlumat əldə etmək üçün {{buttons "777"}} yazıb {{buttons "5555"}}-ə pulsuz SMS göndərmək yetərlidir. Ulduzum festivalında iştirak edərək əlavə endirimlər almaq üçün Ulduzum abunəçiləri  {{buttons "*5555#C"}} yığmalı  və ya {{buttons "*"}} işarəsini SMS vasitəsilə {{buttons "5555"}} qısa nömrəsinə yollamalıdırlar. Sistem tərəfindən abunəçiyə 4 rəqəmli şifrə təqdim olunacaq. Şifrənin əldə olunma dəyəri 0.03 AZN təşkil edir. Həmin şifrəni seçilmiş Ulduzum tərəfdaşına təqdim etməklə əlavə endirim almaq olar. Gün ərzində hər bir abunəçi 10 dəfə şifrə əldə edə bilər. Əldə olunan hər bir şifrənin etibarlılıq müddəti 24 saat təşkil edir. Bir ildən az müddət ərzində Ulduzum proqramına 700.000-dən çox abunəçi qoşulub. Proqramın 120-dən çox partnyoru siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var. www.ulduzum.az saytında Ulduzum proqramının partnyorları siyahısı, onların təklif etdiyi endirimlər və  daha ətraflı məlumatı əldə etmək olar. *** Bakcell haqqında Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir. Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.