Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə CİNeration abunəçiləri üçün nəzərdə tutulmuş yeni kampaniyasını elan edir. “Hər ikinci dəqiqə pulsuz” kampaniyası sayəsində CİNeration abunəçiləri ölkədaxili zənglərin hər ikinci dəqiqəsini pulsuz danışacaqlar. Bununla da 2 dəqiqə danışan abunəçi digər CINeration nömrəsinə zəng edərkən sadəcə 1 qəpik, digər Bakcell nömrəsinə zəng edərkən 4 qəpik və istənilən operator və ya şəhər nömrəsinə zəng edərkən 6 qəpik ödəyəcək.
Bakcell şirkəti Azərbaycanın yeganə mobil operatorudur ki, öz CINeration tarifi çərçivəsində abunəçilərə pulsuz zero.facebook xidmətini təklif edir. Bundan əlavə CİNeration abunəçilərinə 50% güzəştlə qiyməti 1 MB üçün 12.5 qəpik olan İnternet xidməti təklif edilir. SMS və MMS –lərin qiyməti isə sadəcə 2 qəpikdir.
CINeration daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün unikal tarif planıdır. Bu tarif xüsusi olaraq yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub. Bu tarif gəncləri CINeration şüarı altında bir yerə toplayıb bütün CINeration abunəçiləri ilə xüsusi qiymətə danışmaq imkanını verir.
Hər ikinci dəqiqəni pulsuz danışmaq üçün sadəcə minimal dəyəri 2 AZN olan danışıq kartını yükləyin və təqvim ayının sonuna qədər bu fürsətdən yararlanın.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.