Azərbaycanın ilk mobil operatoru Bakcell bildirir ki, dünən texniki səbəblərlə əlaqədar “Bakcell” abunəçilərinin mobil telefonlar vasitəsilə bəzi İnternet səhifələrinə, o cümlədən bəzi sosial şəbəkələrə daxil olmasında müəyyən texniki problemlər yaranmışdır. “Bakcell” şirkəti yaranmış texniki problemləri martın 7-də gecə saatlarında aradan qaldırmışdır. Artıq “Bakcell” abunəçiləri əvvəlki kimi rahat istənilən internet səhifəsinə daxil ola bilərlər.
Əlavə edək ki, yaxın günlərdə “Facebook”da “Bakcell”in rəsmi səhifəsi (fan page) öz işinə başlayacaq.
Bakcell şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Şəbəkənin inkişafına yönəldilmiş iri miqyaslı investisiyalar sayəsində hazırda Bakcell əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir. Şirkətin abunəçilərinin sayı 2.5 milyona çatıb.
Bakcell-in məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.