download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcelldən “Pulsuz Gecə Zəngləri” geri döndü
    18.05.2012

    Azərbaycanın ilk mobil operatoru və aparıcı Mobil İnternet Provayderi Bakcell abonentlər tərəfindən çox sevilən “Pulsuz Gecə Zəngləri” kampaniyasına yenidən start verir. Uzun yay gecələrinə maraq qatacaq bu kampaniya xüsusilə CİN istifadəçiləri üçün çox gözəl hədiyyə olacaqdır. Bakcelldən “Pulsuz Gecə Zəngləri” CİN abunəçilərinə yenidən pulsuz gecə danışıqları imkanı verir. Yenidən gecələr pulsuz danışıqlardan həzz almaq olacaq, ən maraqlısı isə kampaniya şərtlərinin eyni olmasıdır. Abunəçi *550#1#YES yığmaqla  hər gecə saat 12-dən səhər saat 8-ə kimi pulsuz danışa biləcək. Servisi aktivləşdirmək üçün cəmi 0.99 AZN tələb olunur. Servisi aktiv etdikdən sonra abunəçi 30 günə nəzərdə tutulan 2500 pulsuz dəqiqə qazanmış olur. Başqa sözlə desək, pulsuz dəqiqələr o qədərdir ki, bu müddətə onları danışıb qurtara da bilməyəcəksiniz. Bakcelldən bu unikal imkanı qaçırmayın: Üstünlükdən istifadə edin, Bakcelldən Pulsuz Gecə Zəngləri kampaniyasına qoşulun və doyunca danışın. Pulsuz danışığın üstünlüklərindən istifadə edin və sevdiklərinizə daim yaxın olun.   Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, 555 nömrəsinə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.