download bakcell application logo

Backcell
    Backcell
    Loading...
    icon

    Xəta

    Xəta

    Əməliyyat uğursuz oldu.
    Loading...
    Bakcell-dən Pulsuz SONY XPERIA smartfonları
    15.03.2013

    Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir. Sür@ ticarət nişanı altında ən mükəmməl 3G mobil internet xidmətlərini göstərən Bakcell, böyük məmnuniyyətlə yeni eksklüziv kampaniyanı elan edir.  Sony Xperia smartfonlarının artan populyarlığını nəzərə alaraq, Bakcell, öz abunəçiləri üçün unikal bir kampaniya hazırlayıb. 14 Mart 2013-cü il tarixindən etibarən, aşağıda göstərilən Sony Xperia smartfonlarından birini alan hər bir yeni və cari CİN abunəçisi, telefona verdiyi pulu 12 ay ərzində aylıq bonuslar vasitəsilə geri alacaqdır. Sony Xperia V Sony Xperia Z Sony Xperia J Sony Xperia Tipo Əldə edilən bonuslar şəbəkədaxili zənglər, SMS və MMS üçün istifadə edilər bilər, və Bonusu davamlı olaraq əldə etmək üçün hər ay balansa ən azı 15 AZN yüklənməlidir.  Bundan əlavə, Bakcell abunəçiləri həmçinin 30 MB İnternet trafikindən ibarət olan pulsuz aylıq paket alacaqlar. Bonuslar, kampaniyada iştirak edən smartfon modelindən asılı olaraq fərqlənir. İndi kampaniyaya qoşulan hər bir CİN abunəçisi, təklif olunan smartlfon modellərindən birini seçib balansa 900 manata qədər bonus almaq imkanını əldə edəcəkdir. Kampaniyada iştirak edən telefonlardan birini Bakcell-in aşağıda göstərilən diler mağazalarından əldə edən bütün CİN abunəçiləri bu unikal təklifdən yararlana bilər: Computex Mağazası Soliton Şəbəkəsi Baku Electronics Sharks Mobile DNS Computers Teecom/Nano *** Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 92% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.  257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidməti mərkəzləri olan Bakcell, istifadəçilərə ən üstün müştəri təcrübəsini təklif etməkdədir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər